Nəşr edilmişdir 05/07/2025

Paylaşın

TARİXİMİZ

Mehdi Hüseynzadə məhz Heydər Əliyevin iradəsi ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü

Mehdi Hüseynzadə, Sovet İttifaqı Qəhrəmanı, Mixaylo

Birinci yazı

Siyasi hakimiyyətinin hər iki mərhələsində ən yeni Azərbaycanın təməl prinsiplərini müəyyənləşdirən, Müasir Azərbaycanın Memarı kimi tarix yaradan Ulu Öndər Heydər Əliyevin, adı, şərəfli imzası ilə bağlı rəsmi dövlət sənədləri çoxdur. Onun böyük əksəriyyəti Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində mühafizə olunur. İkinci Dünya müharibəsi, Milli diviziyalar, Sovet İttifaqı Qəhrəmanları, ayrı-ayrı illərdə faşizm üzərində qələbənin yubileyləri ilə bağlı sənədlər bütün dövrlərdə sərkərdə-xaqanlar, qəhrəmanlar yetirən Azərbaycan xalqının əzəmətini dünyaya nümayiş etdirir. Birinci fondda, 60-cı siyahıda, 4-cü qutuda qorunan 21-ci iş Azərbaycan KP MK-nın 1973-cü il, 13 mart tarixli Bürosunun qərarını özündə ehtiva edir. Azərbaycan KP MK-nın Birinci katibi Ulu Öndər Heydər Əliyev Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsinin 9 may 1973-cü il tarixli əmri ilə abidənin təntənəli açılışı barədə müvafiq nazirliklərə göstəriş verir. Mehdi Hüseynzadənin anadan olmasının 55 illiyinə, faşizm üzərində qələbənin 29-cu ildönümünə təsadüf edən mərasim təkcə Mixaylonun qəhrəmanlığına veriləcək dəyər deyildi. Mixaylo kimi bir qəhrəmanı yetirən ölkənin əzəmətini sübut edirdi. Bu təkcə sübut deyildi. Həm də Ulu Öndər Heydər Əliyevin bir qüdrətli lider, təhlükəsizlik orqanlarında çalışarkən zabit şərəfi ilə general rütbəsinə yüksələn bir sərkərdənin 23 illik mücadiləsinin təntənəsi idi. Mixaylo Vətəndən uzaqda 23 il öncə həlak olsa da, adı Sovet İttifaqı Qəhrəmanları sırasında deyildi. Məhz bu qüdrətli şəxsiyyəti, mütəfəkkir dövlət xadimi iradəsi, cəsarəti sayəsində Mehdi Hüseynzadə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, Abidəyə çevrilən ömrünün simgəsi, bəlgəsi kimi daşdan, qranitdən boy vermişdi. O gün Bakıda təkcə faşizm üzərində qələbənin 29-cu il dönümü qeyd olunmurdu. O tarixi qələbənin əldə olunmasında mühüm xidmətləri olan bir ölkənin – Azərbaycanın igid oğlunun simasında Məlik şahın dili ilə desək “Biz türklərik, bir ölər, min dirilərik!” nidası ilə Metenin, Atillanın, Alp Arslanın, Əmir Teymurun, Fateh Mehmetin, Qara Yusifin, Ağqoyunlu Həsən bəyin, Şah İsmayıl Xətainin ruhunu cisminə geyib Vətəndən uzaqlarda, çox-çox uzaqlarda qəhrəmanlıq dastanı yazan, Yuqoslaviya, Triest, İtaliya partizan dəstələri ilə Vermaxa qarşı mübarizə aparan, Sloveniyanın azadlıq hərəkatının öndərlərindən birinə çevrilən, 1944-cü il noyabrın 2-də Çepovan yaşayış məntəqəsində yerləşən 9-cu korpusun qərargahına qayıdarkən Vitovlye kəndində həlak olan, 1939-1945-ci il İkinci Dünya müharibəsi nəşriyyatı tərəfindən Yuqoslaviyanın Milli qəhrəmanı tituluna layiq görülən, 1944-cü il aprelin 2-dən 22-dək gerçəkləşdirdiyi iki nəhəng diversiya aktı ilə müharibənin taleyini həll edən qəhrəmanların arasında yer alan, partizan hərəkatı, diversiya aktları barədə məlumatlar 1941-1945-ci illərin xalq azadlıq xronikasına daxil edilən, 9-cu korpusun 31-ci diviziyası qərargahlarının haqqında məlumatları Belqrad hərbi-tarix institutu tərəfindən dərc edilən, Yuqoslaviyadakı Xalq Azadlıq Ordusu müharibəsi zamanı Xalq Azadlıq hərəkatı haqqında sənədlər toplusunda nümayiş etdirilən qəhrəman idi. Sinəsini səngərlərə sipər, düşmənlərə çəpər edən, ölümü ilə ölümsüzlüyə qovuşub al qanı ilə tarix yazan qəhrəman, həm də qəhrəmanlar yetirən Qəhrəmandı!

Heydər Əliyev qəhrəmandı, qəhrəmanları millətə qaytaran Qəhrəman

Tarixi mənbələr, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində, Azərbaycan Respublikası Milli Arxivində qorunan sənədlər də sübut edir ki, ötən əsrin 50-ci illərinə qədər Mehdi Hüseynzadənin qəhrəmanlıqları haqqında məlumatlar ictimaiyyətə açıqlanmayıb. Bütün həyatını milli mənlik və milli kimlik uğrunda mücadiləyə həsr edən Ulu Öndər Heydər Əliyev 50-ci illərdə Dövlət Təhlükəsizlik Komitəsində çalışarkən onun vəzifələrinə həm də, İkinci Dünya müharibəsi zamanı faşist qonşuları ilə əməkdaşlıq etmiş şəxslərin təhqiqatı daxil idi. Bu araşdırmalar zamanı Heydər Əliyev Mehdi Hüseynzadənin sənədləri ilə rastlaşır. İlk baxışda bu qeydlər Hüseynzadənin faşist qüvvələrilə əməkdaşlıq etmiş məhbus kimi təsnif edirdi. Tarixi faktlar onu da sübut edir ki, məhz Heydər Əliyevin diqtəsi, iradəsi ilə sənədlər yenidən incələnir, aparılan təhqiqatla sübut edir ki, onun əsir düşərgəsində olmasına, faşist qüvvələri ilə əməkdaşlıq etməsinə baxmayaraq o, Sovet İttifaqına xidmət etmiş, əsl vətənpərvərlik nümunəsi olmuş, partizan hərəkatının aparıcı qüvvələrindən biri kimi yüzlərlə alman zabit və əsgərin sıradan çıxmasına nail olmuş, bu məsələdə onun alman dilini bilməsi və rəssamlıq qabiliyyəti kömək etmişdir. 1956-1957-ci illərə təsadüf edən bu təhqiqat materiallarına qarşı Mərkəzdə Moskvada birmənalı münasibət bəslənilməsə də, Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi İmam Mustafayevi inandırıb ki, tarixi ədaləti bərpa etmək üçün kifayət qədər əsas var. Siyasi hakimiyyəti zamanı milli maraqlar naminə mühüm qərarlar alıb cəsarətli addımlar atan İmam Mustafayevin də dəstəyini alandan sonra o dövrün yazılmış qanunları məhz Dövlət Təhlükəsizlik Komitəsinin aparıcı simalarından biri Ulu Öndər tərəfindən pozulur. Belə ki, bu dövrdə SSRİ təhlükəsizlik orqanlarının qarşısına qəhrəmanlar axtarıb tapmaq deyil, düşmən legionlarına qoşunlanları müəyyən etmək kimi vəzifə qoyulmuşdu. Mehdi Hüseynzadə kimi qəhrəmanlığı unudulmuş, daha doğrusu üzərindən xətt çəkilmiş igidlər barədə məsələlər məhz 50-ci illərdən sonra müzakirə, təhqiqat mövzusu olmuşdur.

Mehdi Hüseynzadə, Sovet İttifaqı Qəhrəmanı, Mixaylo

Mehdi Hüseynzadənin tərcümeyi-halını özündə ehtiva edən rəsmi sənədlər sübut edir ki, həqiqətən də onun Yuqoslaviyanın Xalq Azadlıq Ordusu sıralarındakı fəaliyyəti Sovet İttifaqının rəsmi qurumlarına və elmi-mədəni ictimaiyyətə, hərb tarixinə məlum olmayıb. Yalnız 1956-cı ilin 31 mayında “Krasnaya Zvezda” qəzetində partizan Viktor Sokolovun xatirələrinə əsaslanaraq qələmə alınan “Partizan igidliyi” və yenə də partizan Qriqori Jilyayevin “Mehdi Hüseynzadə haqqında xatirələr” məqaləsi DTK-nin zabitini gərgin axtarışlar nəticəsində əldə etdiyi faktların gerçəkləşdiyini təsdiq etdi. Jiljayevin Azərbaycan SSR EA-nın Tarix İnstitutuna təqdim etdiyi əlyazması əsasında İnstitut çoxsaylı materiallar topladı. Heydər Əliyevin təhqiqatları, nüfuzlu alimlərin elmi dəlilləri əsasında rəsmi sənəd hazırlayan Azərbaycan KP MK-nın birinci katibi İmam Mustafayev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş Katibi Nikita Xruşova məktub ünvanladı. Məxfi qrifi ilə ünvanlanan məktub əsasında “Leytenant Mehdi Hüseynzadənin İkinci Dünya müharibəsi dövründə Yuqoslaviya və İtaliya ərazisində etdiyi qəhrəmanlığını təsdiq edən gizli axtarış aparmağa başlanıldı. F.Kopılov Azərbaycan SSR MK-ya yazırdı: “SSRİ-nin Yuqoslaviyadakı səfirliyi Hüseynzadənin Yuqoslaviya partizan birliyindəki fəaliyyətini araşdırmaq və sənədləşdirmək üçün Yuqoslaviyanın uyğun orqanlarına müraciət etmişdir.

Mehdi Hüseynzadə, Sovet İttifaqı Qəhrəmanı, Mixaylo

Tarixi faktlar da sübut edir ki, araşdırılan Mehdi Hüseynzadənin rəşadətini sübut edən faktlarla, rəsmi sənədlərlə yekunlaşdı. Yuqoslaviya tərəfindən təqdim olunan sənədlərin sırasında yerli sakinlərin, Mixaylonu xilaskarı kimi yaddaşlarına yazan insanların xatirələrinin yer alması SSRİ Ali Soveti Rəyasət Heyətinin tarixi, özü də ədalətli qərar alması ilə nəticələndi. SSRİ Ali Sovetinin Rəyasət heyətinin 11 aprel 1957-ci il tarixli əmri ilə Mehdi Hənifə oğlu Hüseynzadə 39 yaşında, həlak olmasından 13 il sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.

Mehdi Hüseynzadə, Sovet İttifaqı Qəhrəmanı, Mixaylo

Şərəf Cəlilli

Loading

Bənzər Xəbərlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az AZAL-a istinadla xəbər verir ki, gecikən reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.

Ən son

MEMARLIQ

Bakı şəhərinin tarixi memarlıq baxımından böyük əhəmiyyətə malik məkanları sırasında Dənizkənarı Milli Parkın adı iftixar

MEMARLIQ

Bakı şəhərinin tarixi memarlıq baxımından böyük əhəmiyyətə malik məkanları sırasında Dənizkənarı Milli Parkın adı iftixar