Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/19/2026

Paylaşın

GÜNDƏM

Media nümayəndələri Naftalan Reabilitasiya Mərkəzində göstərilən xidmətlərlə tanış olublar

Naftalan Reabilitasiya Mərkəzi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Naftalan Reabilitasiya Mərkəzinə mediatur təşkil edib.

Baki-baku.az xəbər verir ki, media nümayəndələrinə 25 çarpayılıq Mərkəzdə əlilliyi olan şəxslərin tibbi, sosial-psixoloji reabilitasiyasının həyata keçirildiyi bildirilib. Son bir ildə müəssisədə əlilliyi olan daha 5400-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib.

Mərkəzdə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində də mühüm işlər aparılır.

Postmüharibə dövründə Mərkəzdə müharibə ilə əlaqədar əlilliyi olan 400-dək şəxs reabilitasiya xidmətləri ilə təmin edilib.

Müasir tibbi-reabilitasiya avadanlıqları ilə təchiz edilmiş müəssisədə müalicəvi bədən tərbiyəsi, fizioterapiya (elektrostimulyasiya, induktotermiya, fonofarez, elektrofarez, ultrasəslə müalicə, lazer müalicəsi, müalicəvi vannalar, parafinlə müalicə və s.), müalicəvi masaj, hovuz, psixoterapiya, loqoped, əmək terapiyası və s. istiqamətlərdə xidmətlər göstərilir.

Media nümayəndələri Naftalan Reabilitasiya Mərkəzində yaradılan şəraitlə, burada göstərilən tibbi, sosial-psixoloji reabilitasiya xidmətləri ilə yaxından tanış olublar.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"- "Nyukasl" (İngiltərə) matçı start götürüb.

Ən son

GÜNDƏM

Bunu Baki-baku.az-a açıqlamasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı Aygün Abdullayeva deyib.

GÜNDƏM

Bunu Baki-baku.az-a açıqlamasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı Aygün Abdullayeva deyib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin