Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/12/2026

Paylaşın

GÜNDƏM

MEDİA-nın yaradılmasından beş il ötür

IMG-20260112-WA0010

Bu gün Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılmasından 5 il ötür.

Baki-baku.az xatırladır ki, MEDİA Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli, 1249 nömrəli Fərmanı ilə yaradılıb.

Agentlik medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislərin hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap və onlayn media subyektlərinin, informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Müvafiq sahənin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək, aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək agentliyin əsas fəaliyyət istiqamətləridir.

Qurum media subyektlərinin maliyyə dayanıqlılığının möhkəmləndirilməsi üçün ildə iki dəfə müsabiqə elan edir və qaliblərə müvafiq məbləğdə maliyyə vəsaiti ayırır.

Agentlik, həmçinin “Fərdi jurnalist müsabiqəsi” ilə də media nümayəndələrinin fəaliyyətinin stimullaşdırılması istiqamətində müvafiq addımlar atır.

Son illər Azərbaycanın media qurumları ilə Avropa ölkələrinin aparıcı informasiya agentlikləri arasında əməkdaşlıq əlaqələri getdikcə genişlənir, birgə layihələr, jurnalist mübadiləsi proqramları və təlimlər həyata keçirilir ki, burada da MEDİA-nın rolu danılmazdır.

Qurum Azərbaycan mediasının getdikcə həm yerli, həm də beynəlxalq aləmdə etibarlı və peşəkar informasiya mənbəyi kimi mövqeyini gücləndirməsinə mühüm töhfə verir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu cür hallardan biri Bakı şəhərinin Nəsimi rayonu ərazisində, Həsən Əliyev və Cəlil Məmmədquluzadə

Ən son

TARİXİMİZ

Ötən əsrin əvvəlləri təkcə Qafqazlarda deyil, həm də Balkanlarda təbəddülatlarla müşayiət olunurdu.

TARİXİMİZ

Ötən əsrin əvvəlləri təkcə Qafqazlarda deyil, həm də Balkanlarda təbəddülatlarla müşayiət olunurdu.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin