Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/04/2026

Paylaşın

ƏDƏBİYYAT

“Mais Netlandiyada” adlı uşaq kitabının təqdimat və imza mərasimi keçirilib

“Mais Netlandiyada”

“Parafraz Nəşrləri” nəşriyyatının ilk yerli layihəsi olan “Mais Netlandiyada” adlı uşaq kitabının təqdimat və imza mərasimi keçirilib.

Baki-baku.az xəbər verir ki, tədbirdə nəşriyyatın nümayəndələri, müəllif Şəbnəm Xeyrulla, media təmsilçiləri və ədəbiyyatsevərlər iştirak ediblər.

Bildirilib ki, “Mais Netlandiyada” uşaqlar üçün nəzərdə tutulmuş, onların dünyagörüşünü inkişaf etdirən, fantaziya və yaradıcılıq qabiliyyətini stimullaşdıran maraqlı və maarifləndirici əsərdir.

Qeyd olunub ki, kitabın süjeti uşaqları rəqəmsal və real dünyanın sərhədlərində baş verən hadisələrə apararaq həm əyləndirir, həm də düşündürür. Əsərdə dostluq, xeyirxahlıq, seçim etmək bacarığı və texnologiyanın düzgün istifadəsi kimi mövzular ön plana çıxarılır.

Müəllif çıxışında kitabın yazılma məqsədinin uşaqlara həm maraqlı hekayə təqdim etmək, həm də onlara faydalı mesajlar çatdırmaq olduğunu vurğulayıb. Onun sözlərinə görə, “Mais Netlandiyada” müasir uşaqların maraq dairəsinə uyğunlaşdırılmış və onların dilində yazılmış bir əsərdir.

Təqdimat çərçivəsində təşkil olunan imza mərasimində oxucular müəlliflə ünsiyyət qurub, kitablarını imzaladıblar.
Kitabı bütün kitab mağazalarından əldə etmək mümkündür.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Neftçi"nin qadın futbolçulardan ibarət komandası UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünə qələbə ilə başlayıb.

Ən son

GÜNDƏM

İyulun 24-də Bakının Xəzər və Sabunçu rayonlarına aid bir sıra ərazilərdə qaz verilməsində müvəqqəti fasilə

GÜNDƏM

İyulun 24-də Bakının Xəzər və Sabunçu rayonlarına aid bir sıra ərazilərdə qaz verilməsində müvəqqəti fasilə
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin