Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/22/2025

Paylaşın

GÜNDƏM

“Mədəniyyət və kommunikasiya: müasir media strategiyaları” mövzusunda təlim təşkil olunub

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə iyulun 21-də “Mədəniyyət və kommunikasiya: müasir media strategiyaları” mövzusunda təlim keçirilib.
22 iyul – Milli Mətbuat Günü münasibətilə reallaşan təlimdə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən müəssisələrin media və kommunikasiya üzrə məsul əməkdaşları iştirak ediblər.
Baki-baku.az xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevil Kərimova tərəfindən aparılan təlimdə alim mədəniyyət və kommunikasiya məfhumları ilə bağlı fikirlərini bölüşüb. O bu sahədə müasir beynəlxalq təcrübədən danışıb, əsas tendensiyaları konkret faktlarla diqqətə çatdırıb.
Təlim gedişində media ilə ünsiyyət, rəqəmsal kommunikasiya strategiyaları və s. anlayışlar barədə də söhbət açılıb, qeyd olunan sahə üzrə fəaliyyət göstərən əməkdaşların diqqət yetirməli olduğu məqamlar vurğulanıb.
Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova təlimin əhəmiyyətini yüksək qiymətləndirib. Deyib ki, informasiya cəmiyyətində mədəniyyət müəssisələrinin fəaliyyətinə dair mətbu məhsul hazırlanarkən çağdaş oxucunun tələbatı ilə yanaşı, aidiyyəti qurumun və ümumiyyətlə, dövlətin mədəniyyət siyasəti də nəzərə alınmalıdır.
Sonra tədbir çay süfrəsi ətrafında davam edib, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.

Loading

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az saytının müraciətindən sonra Xətai rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən əraziyə baxış keçirilib