Nəşr edilmişdir 03/14/2025

Paylaşın

GÜNDƏM

Mərkəzi Nəbatat Bağı zərərdən mənfəətə keçib

IMG-20250314-WA0168(1)

Bakı Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində Mərkəzi Nəbatat Bağı 2023-cü ili 77 min manat mənfəətlə başa vurub. Halbuki, qurum 2022-ci ildən 720 min manat zərərlə çıxmışdı.
Baki-baku.az xəbər verir ki, 2023-cü ildə Mərkəzi Nəbatat Bağının əməliyyat gəlirləri 1 milyon 315 min manat (2022-ci ilə nisbətən 15,8 % az), istifadə etdiyi material ehtiyatlarının dəyəri 19 min manat (10 dəfə az), işçi heyəti üzrə xərcləri 883 min manat (24,1 % az), amortizasiya xərcləri 38 min manat (1,3 % az), digər əməliyyat xərcləri isə 298 min manat (3 dəfə az) təşkil edib.
2024-cü il yanvarın 1-nə Mərkəzi Nəbatat Bağının aktivləri 1 milyon 677 min manat olub ki, bu da illik müqayisədə 6,7 dəfə azdır. Hesabat dövründə Bağın öhdəlikləri 30 dəfə azalaraq 333 min manata düşüb, balans kapitalı isə 6,2 % artaraq 1,344 milyon manata çatıb.
Xatırladaq ki, Mərkəzi Nəbatat Bağı 2000-ci ilə qədər fəaliyyət göstərmiş Botanika bağının bazasında yaradılıb.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan ərazisində martın 17-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya

Ən son

MEMARLIQ

İçərişəhərdə yerləşən Məhəmməd məscidi daim diqqəti cəlb edir.

MEMARLIQ

İçərişəhərdə yerləşən Məhəmməd məscidi daim diqqəti cəlb edir.