Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/18/2026

Paylaşın

TARİX

“Mələkli ev”in damındakı heykəllərin sirri

Bakının mərkəzində hər gün millərlə insanın yanından ötüb keçdiyi bir bina yerləşir. Amma yəqin ki, çox az insan onun damına diqqət edib. Orada 4 mələk heykəli şəhərin səmasına doğru qanad çalır. 1893-cü ildə “milyonçu Sergey Tumayevin sifarişi ilə inşa edilən bu tarixi tikili bu gün “Mələkli ev” kimi tanınır. Damdakı mələklərdən ikisi meydana, ikisi isə arxa tərəfə, Xəqani bağına baxır.

Bu heykəllərlə bağlı iki fərqli ehtimal var. Bir versiyaya görə, onlar Tumayevlərin əkiz övladlarının dünyaya gəlməsi şərəfinə qoyulub. Digər versiyaya əsasən isə mələklər dənizdə faciəli şəkildə həlak olan Qriqori Tumayev və xanımının xatirəsinə həsr edilib.

2000-ci ildə baş verən zəlzələ zamanı heykəllərdən birinin başı və çənəsi zədələnsə də, sonradan bərpa olunaraq yenidən yerinə qaytarılıb. Bu üçmərtəbəli binada 1938–1981-ci illərdə Azərbaycanın xalq şairləri Rəsul Rza və Nigar Rəfibəyli yaşayıb. Elə bu səbəbdən də binanın yerləşdiyi və kəsişən küçələrdən birinə Rəsul Rzanın, digərinə isə Nigar Rəfibəylinin adı verilib. Hazırda həmin ünvanda Rəsul Rzanın ev-muzeyi yerləşir.

Tağıyevin ömrünün son illərini keçirdiyi bağ evi

Mərdəkanda yerləşən və vaxtilə Bakı milyonçusu, xeyriyyəçi Hacı Zeynəllabdin Tağıyevə məxsus olan Bağ evi XIX əsrin sonlarında inşa edilib. 1893–1895-ci illərdə Polyak memar İosif Qoslavski tərəfindən layihələndirilərək tikilən bina həm memarlıq üslubu, həm də tarix əhəmiyyəti ilə seçilir.

Abşeronun iqliminə uyğun şəkildə inşa olunan bağ evi geniş eyvanları, hündür tavanları və zərif memarlıq detalları ilə dövrünün estetik baxışını özündə əks etdirir. Hacı Zeynalabdin Tağıyev ömrünün son dörd ilini məhz bu evdə keçirib, 1924-cü ildə isə burada vəfat edib.

Uzun illər baxımsız qalan bina Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa olunub. Aparılan təmir-bərpa işləri zamanı tikilinin ilkin memarlıq üslubu qorunub saxlanılıb. Eyni zamanda onun dayanıqlılığı və funksionallığı təmin edilib.

Bina ilə bağlı tarixi bir əhvalat da var ki, binanın özü qədər əhəmiyyətlidir. Deyirlər, Tağıyevin Tağıyev olduğu məşhur illərdə tarixi tikililərinin önündən faytonla keçirmiş. Faytonda yol yoldaşı Bakının zinəti olan məşhur din xadimlərindən biri Hacı Əbu Turab imiş. Tağıyev üzünü Hacıya tutub deyir: “Ay Hacı, bu qədər ki sərvətim var, əlimdən çıxa bilər? Hacı Əbu Turab təhərini pozmadan cavab verir: “Allah istəsə bir anda”. Hacının dediyi o bir an Şura hökumətinin ilk illərində gəlir. Tağıyevin bütün mülkləri dövlət tərəfindən müsadirə olunur. Komissar Nərimanovun təkidli tələbi və əmri ilə yalnız Mərdəkandakı bağ evi Tağıyevin istifadəsinə verilir. Ömrünün son günlərində Hacı Əbu Turabın tarixi kəlamlarını xatırlayan Tağıyev vəsiyyət edir: “Mən ölənə məni Hacı Əbu Turabın ayaqları altında dəfn edin! Onun ayaqları bildiyini mənim başım bilmir!” Bu gün Mərdəkanda bir bağ evi, bir də ustad-şəyird müqəddəsliyinə, müdrikliyə bağlı bir cür məzar var. Hər ikisi sevimlidir, əzizdir və qiymətlidir. 

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan kinosunda yeni macəra janrında çəkilmiş “Akinak” filmi 2026-cı ilin may ayından etibarən ölkə kinoteatrlarında nümayiş olunacaq. Uşaq

Ən son

GÜNDƏM

Novruz bayramı münasibətilə Bakı Metropoliteninin muzey eksponatları hesab olunan retro vaqonlar ənənəvi qaydada nümayişə çıxarılacaq.

GÜNDƏM

Novruz bayramı münasibətilə Bakı Metropoliteninin muzey eksponatları hesab olunan retro vaqonlar ənənəvi qaydada nümayişə çıxarılacaq.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin