Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/10/2025

Paylaşın

HƏR ŞEYDƏN

Məktəb həyacanı: İlk zəng sevinc yox, sınaq olanda

Bir çox valideynlər üçün yeni dərs ilinin başlanğıcı – yeni dəftərlərin ətri, səliqə ilə düzülmüş qələmlər və məktəb zəngi qarşısında yüngül həyəcan deməkdir. Amma bəziləri üçün bu, sinif qapısının ağzında göz yaşları, çanta yığmaqdan imtina, “məktəbə getmək istəmirəm” düşüncələri və ya hətta qarın ağrısı, baş ağrısı kimi əlamətlərlə müşayiət olunur… Bu sadəcə naz etmək deyil – bu, məktəb həyacanıdır və mütəxəssislərin dediyinə görə, bu vəziyyət emosional məktəbdən yayınma adlanır.

Məktəb həyacanı nədir?

Bu, yeni dərs ilindən əvvəlki adi bir narahatlıq deyil. Söhbət daha dərin bir təşviş halından gedir ki, bu da özünü belə göstərə bilər:

Məktəbə getməkdən kəskin imtina;

Fiziki simptomlar (ürəkbulanma, baş ağrısı, yuxusuzluq);

Müəllimlərdən, səs-küydən, kollektivdən və yoxlamalardan qorxu;

Evin – təhlükəsizlik zonası kimi , güclü dərəcədə cazibəsi.

Belə bir vəziyyət yalnız təhsili deyil, həmçinin uşağın ümumi inkişafını, sosiallaşmasını və özünə inamını da çətinləşdirə bilər.

Valideynlər nə edə bilər?

Valideyn – nə müəllim, nə də həkimdir. Amma uşaq üçün emosional dayaq rolunu oynayır. Sizin məqsədiniz uşağı məcburən məktəbə göndərmək yox, təhlükəsizlik və dəstək hissini yaratmaq olmalıdır.

Əsas addımlar:

Empatiya göstərin, qınamayın.

Müəllim və psixoloqlarla əlaqə qurun.

Tədricən hərəkət edin, tələsməyin.

Maraqlanaraq yanaşın, təzyiq göstərməyin.

Kiçik uğurları qeyd edin – məsələn, məktəb formasını geyinmək belə uğurdur.

Narahat uşaqla necə danışmalı?

Uşağın narahatlığını sözlərlə ifadə etməsinə kömək etmək üçün aşağıdakı danışıq şablonunu istifadə edə bilərsiniz. Bu model tənqid yox, dəstək üzərində qurulub.

Sakit şəkildə söhbətə başlamaq:

Görürəm ki, səhər məktəbə getmək sənin üçün çətindir.
— İstəyirsən, bir az danışaq bu barədə? Mən burdayam.

(Əsas olan: “Naz eləmə!” və ya “Toparlan!” kimi ifadələrdən uzaq durun.)

Emosiyaların dərk edilməsinə yardım:

Məktəbi düşünəndə nə hiss edirsən? Kədər, qorxu, əsəb, yorğunluq?
— Bəs bədənin necə hiss edir? Qarın ağrısı, baş ağrısı?..

Təşvişin səbəblərini aydınlaşdırmaq:

Məktəbdə sənə xüsusilə xoş olmayan nə var?
— Səni narahat edən və ya qorxudan biri varmı? Hansısa bir an çətin gəlirmi?

Qəbul etmək: bu normaldır

Qorxmaq pis deyil. Böyüklər də bəzən qorxurlar.
— Ən vacibi odur ki, sən tək deyilsən. Mən səninləyəm.

Plan təklifi:

Bugünkü günü bir az daha rahat keçirmək üçün nə kömək edə bilər?
Dərs vaxtı qapıya yaxın oturmaq?
Sevdiyin bir əşyanı yanında saxlamaq?
Yalnız səhər dərslərinə getmək və sonra evə qayıtmaq?

Mən sənə kömək edəcəyəm. Kiçik addımlarla.

İnam və dəstək:

Qorxsan belə, mən səninlə fəxr edirəm.
— Sən artıq irəliləyiş edirsən – sadəcə danışaraq belə. Birlikdə öhdəsindən gələcəyik.

Əlavə (balaca uşaqlar üçün):

Təsəvvür et ki, məktəb sehrli bir meşədir. Orada nələri dəyişmək istərdin ki, özünü daha sakit hiss edəsən?

Nəyi unutmaq olmaz

Məktəb həyacanı nə tənbəllikdir, nə də uşaq oyunudur. Bu, həqiqi bir emosional vəziyyətdir və diqqət, zaman və dəstək tələb edir. Ən vacibi – eşitməkdir, tələsdirmək deyil; qəbul etməkdir, utandırmaq deyil. Və inanmaq lazımdır: nə qədər narahat olsa da, hər bir uşaq uyğunlaşa bilər – əgər yanında sadəcə “hər şey yaxşı olacaq” deməklə kifayətlənməyən, həqiqətən yanında olan bir böyük varsa.

Ayna Bəxtiyar

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Что такое школьная тревога?

Ən son

Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin