Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/12/2026

Paylaşın

GÜNDƏM

Lökbatanda yanan “Kontakt Home”un anbarı olub, “Birmarket”ə məxsus anbara zərər dəyib

IMG-20260512-WA0078

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki yanğın “Kontakt Home”un anbarında baş verib.

Baki-baku.az xəbər verir ki, bu barədə şirkətin sosial media hesablarında məlumat paylaşılıb.

“Bu gün məhsullarımızın saxlandığı anbarlardan birində yanğın baş verib. Ən önəmlisi odur ki, heç kim zərər çəkməyib, hadisə yerindəki bütün insanlar salamatdır. Mövcud vəziyyətlə əlaqədar bəzi sifarişlərinizin çatdırılmasında qısamüddətli gecikmələr yaşana bilər. Vəziyyətlə bağlı yeni məlumatlar paylaşılacaq. Səbirinizə və etimadınıza görə minnətdarıq”, – məlumatda vurğulanıb.

Həmçinin “Birmarket” də yanğınla bağlı məlumat yayıb: “Hörmətli müştəri, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğın nəticəsində “Birmarket”ə məxsus anbara da zərər dəyib. Bu səbəbdən də aktiv sifarişlərin çatdırılmasında gecikmələr və yeni sifarişlərin qəbulunda çətinliklər yaşana bilər.

Komandamız əməliyyatların mümkün olan ən qısa zamanda bərpası üçün çalışır. Bütün yenilikləri sizinlə paylaşacağıq. Anlayışınız və səbriniz üçün təşəkkür edirik”.

Qeyd edək ki, bu gün səhər saatlarında Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın baş verib və alovun söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin 182 nəfər şəxsi heyəti, 40 xüsusi təyinatlı texnikası və 2 helikopter cəlb olunub.

Yanğının geniş sahəyə yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb. Hazırda alovun tam söndürülməsi üçün zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycanda mayın 12-də havanın 30 dərəcə isti olacağı gözlənilir.

Ən son

Mədəniyyət

Sumqayıt Dövlət Dram Teatrında rus dramaturqu Lev Ustinovun “Xilaskar qurbağa” əsəri əsasında eyniadlı uşaq tamaşasının

Mədəniyyət

Sumqayıt Dövlət Dram Teatrında rus dramaturqu Lev Ustinovun “Xilaskar qurbağa” əsəri əsasında eyniadlı uşaq tamaşasının
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin