Nəşr edilmişdir 04/04/2025

Paylaşın

GÜNDƏM

Lökbatan sakinlərinin problemləri dinlənilib

Aprelin 4-də Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Lökbatan qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.
Baki-baku.az xəbər verir ki, qəbulda Lökbatan qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Keçirilmiş səyyar qəbulda 70-ə yaxın qəsəbə sakinləri iştirak edib.
Sakinlərdən 13 nəfəri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib, bəzi müraciətlər yerindəcə həll edilib.
Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdirilir.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan ərazisində aprelin 19-na gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Ən son

MEMARLIQ

Bakı şəhərinin mərkəzində, Nizami küçəsinin daim hərəkətli və cəlbedici həyatı fonunda, diqqətdən kənarda qalan bir

MEMARLIQ

Bakı şəhərinin mərkəzində, Nizami küçəsinin daim hərəkətli və cəlbedici həyatı fonunda, diqqətdən kənarda qalan bir