Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/13/2026

Paylaşın

TARİX

Lideri edam edilən, Qara dənizə atılan – Türk Cümhuriyyəti

IMG-20260113-WA0003

Noman Çələbi Cihan xan: “Biz yeni deyilik! Buradaydıq! Baradayıq! Kimliyimizi qorumaq üçün ayağa qalxdıq!”

Tarixin açılmamış səhifələri, oxunmamış kitabları çoxdur. Onlardan biri də Noman Çələbi xanın təməlini qoyub 12 ay yaşada bildiyi Krım Xalq Cümhuriyyəti Topa Çermayevin, Rəşidxan Qaplanın, Pşemaxa Xoçayevin qurduğu Dağlılar Respublikası, Quşçubaşı Əşrəfin ruhundan qida verib 56 gün liderlik etdiyi Batı – Trakya Türk Cümhuriyyətidir. Osmanlı imperiyasının çökməsi ilə milyonlarla insanın, onlarla türk dövlətinin taleyi həll olundu. Qara dənizin yaxasında min illərdir tarixini, mədəniyyətini qoruyan, milli kimliyinə sahib çıxan, tarixi torpaqlarında artıb – ürüyən, dəyərləri ilə ortaq türk düşüncəsini zənginləşdirən Krım tatarları – Krım türkləri bolşevik Rusiyası gələnə qədər özgürlüyünü qorusa da, onun gəlişi ilə mühacirətin, repressiyanın acı taleyini yaşadı. Çar Rusiyasının iflası ilə 1917-ci ildə digər Qafqaz xalqları kimi özgürlüyə nail olan, Krım Xalq Cümhuriyyətini quran, Qara dənizin sahilində istiqlaliyyətinin simgəsi, bəlgəsi olan bayrağını qaldıran Krım tatarları quruluşun, zamanın üstünə yeriyib müstəqilliyə qovuşdu. Varlığı ilə Qara dənizin sahilində sükutu pozan Krım Xalq Cümhuriyyəti Qızıl Ordunun qırmızı terroruna məruz qaldıqdan sonra minlərlə Krım türkü mühacirətin, repressiyanın burulğanında əridi.

Giray xanın diyarının türk yurdu olduğunu dünyaya sübut etdi

Haqqında az deyilib az yazılan hüquqşünas, şair, publisist Noman Çələbi xanın liderliyi ilə qurulan Krım Xalq Cümhuriyyəti I Pyotrdan sonra Qafqazlara hürriyyət gətirən bir millətin əzəmətinin göstəricisi idi. Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Sultan Qaliyev kimi bolşevik Rusiyasının qorxulu röyasına çevrilən Noman Çələbi xanın ruhunun aynası olan Krım Xalq Cümhuriyyətinin məqsədini, düşüncəsini, siyasi mahiyyətini özündə ehtiva edən Qara dənizin mas-mavi rəngindən – turkuazdan biçilən, tən ortasında Qızılı Daraq tamğa olan bayraq onun özgürlük rəmzi olmaqla yanaşı, əski dövlətçilik tarixinə sevgisinin, eyni zamanda ənənələrə sədaqət hissinin nümunəsi idi. Bayraqda yer alan daraq tamğa simvolu, həm də Krım xanlığından qalan dövlətçilik ruhunu, duyğusunu özündə ehtiva edirdi.

Krım tatarlarının, Noman Çələbi xanın özgürlük rəmzinə, istiqlal sevdasına dönən bu müqəddəs Bayraq səcdəsinə duranlara söyləyirdi: “Biz yeni deyilik! Buradaydıq! Baradayıq! Seçilən bir məclis qurduq.

Demokratik dəyər sistemi, müasir bir anayasa hazırladıq, Hürr olmanın səadətini xalqımıza yaşatmaq, özgürlüyümüzü elan etmək, kimliyimizi qorumaq üçün ayağa qalxdıq!” Təəssüf ki, Cümhuriyyətin qurucusunun, liderinin də, Məclis üzvlərinin də istəkləri uzun sürmədi. Şura hökumətinin gəlişi, bolşevik Rusiyasının qələbəsi, Qızıl Ordunun qırmızı terroru ilə Krım Xalq Cümhuriyyəti iflasa uğradı. Bolşevik cəlladları onun qurucularına digər türk dövlətlərində olduğu kimi divan tutdu. 1918-ci ildə tutulub zindana salınan Noman Çələbi xan edam edildi.

İntiqam hissi soyumayan bolşevik cəlladları onun cəsədini Qara dənizə atıb qurda, quşa yem etdi. Krım Xalq Cümhuriyyəti devrildikdə digər Qafqaz yörəsində olduğu kimi, Krımda da tək və yeganə güc sahibi Şura hökuməti oldu.

“Dildə, fikirdə, işdə birlik!” nidasını yaddaşlara qaytardı

Bu gün Krım deyə tanıdığımız, Rusiya – Ukrayna müharibəsində qanlı köynəyi sıxılan Krım Xalq Cümhuriyyəti cəmi bir il – 12 ay ömür sürdü. Krım türklərinə əbədi istiqlalın şərbətini içirdi. İsmayıl bəy Qaspıralının “Dildə, fikirdə, işdə birlik!” nidasını yaddaşlara qaytardı. Giray xanın diyarının qədim-qayım türk yurdu olduğunu dünyaya sübut etdi. Krım Xalq Cümhuriyyəti cəmi bir il də yaşaya bilsəydi, bəlkə də, digər Qafqaz Türk dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti kimi müstəqilliyinin Versal Sülh Konfransında təsdiqinə nail ola bilərdi. Bu Qafqazın siyasi mənzərəsinin dəyişməsi, Krımın tarixdəki və xəritədəki yerinin müəyyənləşməsi olardı.

Krım Xalq Cümhuriyyəti Azərbaycan Xalq Cümhuriyyəti kimi “Bir kərə yüksələn bayraq, bir daha enməz!” nidası ilə Krım türklərinin İstiqlal sevdasının tərcümanına çevrildi.

Parlament tipli dövlət quruluşunu qəbul etməklə yanaşı, qadına seçmək, seçilmək hüququnu, dünyəvi təhsil sistemini, milli ordu formalaşdırmaq düşüncəsini dövlət idarəçilik prinsipinin əsas təməli olaraq elan etdi.

İsmayıl bəy Qaspralının “Cədidizm” hərəkatının yol xəritəsini Cümhuriyyətin təhsil və tədris siyasəti kimi qəbul etdi. Cəmi 12 ay yaşasa da, təkcə Krım türklərinin deyil, həm də digər Qafqaz türklərinin istiqlaliyyət rəmzinə çevrildi.


Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, müşavirədə dövlətimizin başçısı çıxış edib.

Ən son

GÜNDƏM

Baki-baku.az-ın əldə etdiyi məlumata görə, BDYPİ tərəfindən hazırlanmış xüsusi xəbərdarlıqda, dumanlı və yağıntılı hava şəraitində

GÜNDƏM

Baki-baku.az-ın əldə etdiyi məlumata görə, BDYPİ tərəfindən hazırlanmış xüsusi xəbərdarlıqda, dumanlı və yağıntılı hava şəraitində
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin