Nəşr edilmişdir 03/22/2025

Paylaşın

GÜNDƏM

Leyla Əliyevanın təşəbbüsü ilə Xızı rayonunda uşaqlar üçün Novruz şənliyi keçirilib

uşaqlar üçün Novruz şənliyi, Novruz, Novruz bayramı, IDEA, Leyla Əliyeva, Xızı

Martın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Xızı rayonunda uşaqlar və yerli sakinlər üçün Novruz şənliyi təşkil edilib.

Baki-baku.az xəbər verir ki, Azərbaycan xalqının qədim adət-ənənələrindən olan Novruz bayramının əsas personajları Kosa, Keçəl və Bahar qızı uşaqları şənləndirib, bayram tonqalının ətrafında birgə rəqs ediblər.

Şənlik boyunca nağaraçılar, DJ-lər və animatorlar tərəfindən iştirakçılar üçün müxtəlif əyləncə və şou-proqramlar təşkil edilib, bayram əhvali-ruhiyyəsi yaradılıb. Rəqqaslar milli musiqi sədaları altında oynaq rəqslər ifa edib, məktəb şagirdləri bayrama həsr olunan şeirlər söyləyib, müxtəlif oyunlar və müsabiqələr vasitəsilə bacarıq və qabiliyyətlərini nümayiş etdiriblər.

Tədbirin yekununda uşaqlara bayram sovqatları paylanılıb.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Tədbirdə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının təşəbbüsü ilə hazırlanmış “Heydər Əliyev – Zəfər yolunun memarı!” adlı video-çarx

Ən son

GÜNDƏM

İkinci Dünya müharibəsi bəşəriyyətin üzləşdiyi ən dəhşətli müharibələrdən biri idi.

GÜNDƏM

İkinci Dünya müharibəsi bəşəriyyətin üzləşdiyi ən dəhşətli müharibələrdən biri idi.