Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/20/2026

Paylaşın

GÜNDƏM

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərində sosial-emosional öyrənmə proqramı icra edilir

Sosial-emosional öyrənmə proqramı, Leyla Əliyeva, IDEA, Heydər Əliyev Fondu

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evi sosial xidmət müəssisələrində yaşayan uşaqlar üçün sosial-emosional öyrənmə proqramı həyata keçirilir.

Baki-baku.az xəbər verir ki, IDEA İctimai Birliyi, ADA Universiteti və Sosial Xidmətlər Agentliyinin birgə tərəfdaşlığı ilə icra olunan proqram sosial xidmət müəssisələrində yaşayan uşaqların sosial və emosional bacarıqlarının inkişafına dəstək verir.

Proqramın icrasına ötən aydan etibarən başlanılıb və hazırda uğurla davam etdirilir.

Proqram çərçivəsində 1, 2 və 3 saylı uşaq evi sosial xidmət müəssisələrində yaşayan uşaqlar üçün həftəlik təlim sessiyaları təşkil olunur. Sessiyalarda 100-dən çox uşaq iştirak edir. Təlimlər zamanı iştirakçıların ünsiyyət, özünüifadə, emosiyaların idarəolunması, komanda işi və qarşılıqlı əməkdaşlıq bacarıqlarının inkişafına xüsusi diqqət yetirilir.

Proqram çərçivəsində təşkil olunan təlimlər ADA Universitetinin tələbələri tərəfindən həyata keçirilir. Təlim prosesinin effektivliyinin və keyfiyyətinin təmin edilməsi məqsədilə universitetin müəllim heyəti tərəfindən iştirakçılara mütəmadi metodiki dəstək göstərilir, sessiyaların məzmunu və yanaşmaları üzrə müvafiq istiqamətləndirmə aparılır.

Təşəbbüsün əsas məqsədi sosial xidmət müəssisələrində yaşayan uşaqların sosial-emosional inkişafını dəstəkləmək, onların özünəinamını gücləndirmək, ünsiyyət bacarıqlarını inkişaf etdirmək və cəmiyyətə daha fəal inteqrasiyasına töhfə verməkdir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı Azərbaycanın iqtisadi mərkəzi kimi sürətli urbanizasiya və əhali axını ilə üzləşir. Bu proses kirayə bazarını qızışdırır.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin