Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/31/2025

Paylaşın

GÜNDƏM

Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim Mətbəx” layihəsi çərçivəsində aztəminatlı ailələrə bayram sovqatları çatdırılıb

"Bizim Mətbəx"

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə aztəminatlı ailələrə bayram sovqatları çatdırılıb.

Baki-baku.az xəbər verir ki, “Bizim Mətbəx” sosial layihəsi çərçivəsində həyata keçirilən xeyriyyə aksiyasında könüllülərin iştirakı ilə Bakı şəhərinin Qaradağ rayonunda və Yevlax şəhərində yaşayan 200 aztəminatlı ailəyə ərzaq qutuları təqdim olunub.

Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim Mətbəx” sosial layihəsinin əsas məqsədi aztəminatlı ailələrə və ehtiyacı olan şəxslərə isti yeməklər və qida yardımları təqdim edərək cəmiyyətimizdə həmrəylik ruhunu daha da gücləndirməkdir. Fəaliyyətə başladığı gündən etibarən “Bizim Mətbəx” könüllüləri Bakı və ətraf bölgələrdə yaşayan yüz minlərlə insana isti yeməklər və qida yardımları təqdim edərək onların gündəlik həyatına isti münasibət və ümid bəxş etməyə nail olublar.

Qeyd edək ki, “Bizim Mətbəx” layihəsinin veb-saytı (https://bizimmetbex.az/) artıq bir ildən çoxdur ki, istifadəyə verilib və bu platforma vasitəsilə vətəndaşlar ianə edə, həmçinin könüllü kimi layihəyə qoşula bilirlər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az bayram günlərində də Bakının həm ekoloji mühiti, həm də estetik görünüşü üçün çalışanların fəaliyyətinə diqqət yetirir.

Ən son

GÜNDƏM

Prezident İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddinə təbrik məktubu ünvanlayıb.

GÜNDƏM

Prezident İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddinə təbrik məktubu ünvanlayıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin