Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/28/2026

Paylaşın

GÜNDƏM

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidini ziyarət ediblər

Xan məscidi, Şəki şəhəri

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva Şəki şəhərinə səfər çərçivəsində Xan məscidini ziyarət ediblər.

Baki-baku.az xəbər verir ki, ziyarət zamanı məscidin imamı Vüqar Məmmədov Leyla Əliyevaya və Arzu Əliyevaya Xan məscidi kompleksi barədə ətraflı məlumat verib. Bildirilib ki, XVIII əsrə aid olan Şəki Xan məscidi şəhərin mühüm dini-mədəni və tarixi-memarlıq abidələrindən biridir. Tarixi mənbələrə və abidə üzərindəki kitabələrə əsasən, məscid Hacı Məhəmmədhüseyn Xan tərəfindən inşa etdirilib.

Qeyd olunub ki, tarixi Şəki Xan məscidində bərpa işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib. Eləcə də məscid kompleksinin ərazisində muzey yaradılıb. Muzeydə Şəki xanlığı dövrünə aid eksponatlar, müxtəlif mənbələrdən toplanmış maddi-mədəniyyət nümunələri nümayiş olunur.

Muzey Şəki xanlığının yaranması və formalaşması tarixini, eləcə də onun milli dövlətçilik tariximizdə xüsusi yerini əyani şəkildə nümayiş etdirir.

Sonda Leyla Əliyevaya və Arzu Əliyevaya “Qurani-Kərim” hədiyyə olunub.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Kitabxanadan Baki-baku.az-a bildirilib ki, kolleksiyada Mir Cəlal Paşayevin çoxşaxəli ədəbi və elmi fəaliyyətini əks etdirən materiallar təqdim olunur.

Ən son

GÜNDƏM

Bakıda aprelin 27-dən bu saata qədər davam edən güclü külək nəticəsində 34 ağac aşıb.

GÜNDƏM

Bakıda aprelin 27-dən bu saata qədər davam edən güclü külək nəticəsində 34 ağac aşıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin