Nəşr edilmişdir 12/31/2024

Paylaşın

GÜNDƏM

Leyla Əliyeva və Arzu Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər.

Baki-baku.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mərkəzin fəaliyyəti barədə məlumat verib.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri və digər həssas qrupların yaradıcı potensialının inkişafı, reabilitasiyası və cəmiyyətə inteqrasiyası üçün aparılan işlər diqqətə çatdırılıb.

Qeyd olunub ki, üç il əvvəl açılan mərkəz Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır. Burada ötən dövrdə 600-dən çox şəxsə xidmət, həmçinin sosial-psixoloji dəstək göstərilib, 100-dən çox tədbir keçirilib. Hazırda 156 benefisiarın müxtəlif fəaliyyət istiqamətləri üzrə təlimlərdə olduğu mərkəzin İsmayıllıda “DOST Evi” filialı da fəaliyyət göstərir.

Benefisiarların əl işlərinin bir sıra beynəlxalq sərgilərdə, həmçinin COP29-un Yaşıl zonasındakı “Art Pavilion”da nümayiş etdirildiyi bildirilib.

Leyla Əliyeva və Arzu Əliyeva mərkəzdə kulinariya üzrə təlimə cəlb edilən həssas qruplara aid uşaqların əl işləri ilə tanış olublar. Uşaqlar “Yeni il” mövzusunda hazırladıqları şirniyyatları təqdim ediblər.

Səsyazma, floristika, bədii oyma, xalçaçılıq, keramika, təsviri incəsənət və digər studiyalarda təlim prosesini, hazırlanan yaradıcılıq nümunələrini nəzərdən keçirən Leyla Əliyeva və Arzu Əliyeva kapoeyra üzrə təlimçi və benefisiarların çıxışını izləyiblər.

Benefisiarlar və “İnklüziv DOST” könüllüləri Mərkəzin studiyalarında hazırlanmış geyim nümunələrini sərgiləyiblər.

Mərkəzin İnklüziv Kamera Orkestri və İnklüziv ansamblının müşayiəti ilə təlimçi və benefisiarların ifasında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş konsert proqramı da təqdim edilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

 Bakıda 148 nəfər XII sinifdə təhsil alır. Baki-Baku.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi

Ən son

GÜNDƏM

Şəhərimizin ən gözəl gəzməli-görməli yerlərindən biri də Bakı Zooloji Parkıdır. Bakıda zooloji park XX əsrin

GÜNDƏM

Bayram tətili yeni yerlər kəşf etmək və Azərbaycanın gözəl qış mənzərələrindən zövq almaq üçün mükəmməl

GÜNDƏM

Bakının Nəsimi və Yasamal rayonlarının bəzi ərazilərində su olmayacaq.Baki-baku.az xəbər verir ki, magistral su xəttində