Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/24/2025

Paylaşın

GÜNDƏM

Leyla Əliyeva və Arzu Əliyeva Xızı rayonuna səfər edib

Xızı rayonuna səfər, Leyla Əliyeva, Arzu Əliyeva, Xızı rayonu, Giləzi qəsəbəsi

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Xızı rayonuna səfər ediblər.
Baki-baku.az xəbər verir ki, səfər çərçivəsində Leyla Əliyevanın təşəbbüsü ilə əsaslı şəkildə yenidən qurulan Xızı rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin açılışı olub.
Yenilənmiş məktəb binası lazımi tədris avadanlıqları ilə təchiz olunub, uşaqların intellektual inkişafına yönəlmiş təlim şəraiti yaradılıb.
Leyla Əliyeva məktəbdə yaradılmış şəraitlə tanış olub, şagirdlərlə səmimi söhbət apararaq onların təhsil sahəsindəki nailiyyətləri ilə yaxından maraqlanıb.
Leyla Əliyevaya məktəbin fəaliyyəti və burada təşkil edilən şahmat dərsləri barədə ətraflı məlumat verilib. Tədbir zamanı məktəblilərə müxtəlif hədiyyələr təqdim olunub.
Bundan əlavə, Xızı rayonunun Giləzi qəsəbəsində 100-ə yaxın uşağa idman geyim dəstləri və futbol topları təqdim olunub.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Qrenlandiya buz örtüyü bu yay əhəmiyyətli dəyişikliklərə məruz qalıb

Ən son

GÜNDƏM

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yağıntılı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

GÜNDƏM

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yağıntılı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin