Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/19/2026

Paylaşın

GÜNDƏM

Leyla Əliyeva Tiranada Albaniya Prezidenti Bayram Beqay ilə görüşüb

Bayram Beqay, Albaniya, Leyla Əliyeva

Leyla Əliyeva Tiranada Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə görüşüb.

Baki-baku.az xəbər verir ki, söhbət zamanı Prezident Bayram Beqay Albaniya Baş nazirinin iqamətgahında açılan sərginin iki xalq arasında münasibətlərin inkişafında mühüm mərhələ olduğunu qeyd edib.

Leyla Əliyeva Azərbaycan və Albaniya arasında münasibətlərin təməlinin formal protokollardan kənara çıxdığını vurğulayıb.

Görüşdə logistik çətinliklərin aradan qaldırılması mövzusuna toxunulub. Bakı–Tirana birbaşa aviareyslərinin işə salınmasının zəruriliyi vurğulanıb.

Albaniyada ildə 300 günəşli günün olması nəzərə alınaraq, ölkədə ilboyu turizm və ekoturizm konsepsiyalarının inkişafı, həmçinin Albaniya, Monteneqro və Kosovonu birləşdirən ortaq marşrutların yaradılması müzakirə edilib.

Bildirilib ki, iqtisadi sahədə, xüsusilə turizm sektorunda Azərbaycan investisiyalarına böyük maraq göstərilir. Qeyd olunub ki, Azərbaycanın Monteneqroda icra etdiyi uğurlu layihələr Albaniya sahillərində nəinki təkrarlanacaq, hətta daha böyük nəticələr verəcək. Söhbət zamanı iki ölkənin liderlərinin siyasi iradəsinin konkret addımlarla – viza rejiminin ləğvi və diplomatik təmsilçiliyin gücləndirilməsi ilə təsdiqini tapdığı bildirilib.

Sonra Albaniya Prezidenti Baş nazirin iqamətgahında nümayiş olunan MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi ilə tanış oldu.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakıda və Abşeron yarımadasında fevralın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ən son

GÜNDƏM

Baki-baku.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadla xəbər verir ki, küçənin ümumi uzunluğu 1700 metr,

GÜNDƏM

Baki-baku.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadla xəbər verir ki, küçənin ümumi uzunluğu 1700 metr,
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin