Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/24/2025

Paylaşın

GÜNDƏM

Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlar üçün təşkil olunan tədbirdə iştirak edib

Leyla Əliyeva Mərkəzi Nəbatat bağında, Leyla Əliyeva, Mərkəzi Nəbatat bağı

Dekabrın 24-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Mərkəzi Nəbatat bağında uşaqlar üçün bayram şənliyi təşkil olunub.

Baki-baku.az xəbər verir ki, tədbir Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə internat evlərində yaşayan azyaşlılar üçün keçirilib. Bayram proqramı çərçivəsində balacalar üçün əyləncəli tədbirlər, oyunlar və musiqili proqramlar təqdim edilib. Uşaqlara müxtəlif hədiyyələr paylanıb.

Sonra Leyla Əliyeva uşaqlarla birlikdə IDEA İctimai Birliyinin “Şəhər ekologiyası” (“Urban Ecology”) layihəsi çərçivəsində Mərkəzi Nəbatat bağının ərazisinə Bakı Zooloji Parkında çoxaldılmış 10 sincab buraxıb. “Şəhər ekologiyası” layihəsi şəhər mühitinə xas olan və keçmişdə geniş yayılmış fauna növlərinin qorunmasına və qaytarılmasına yönəlib.

Sincabların məhz bu əraziyə buraxılmasında digər məqsəd onların Nəbatat bağı ərazisində təbii şəkildə çoxalmasıdır.

Keçmişdə Bakı şəhəri ərazisində çoxsaylı sincab və digər heyvan növləri məskunlaşıb, onlar parklarda, yaşıllıqlar mövcud olan digər ərazilərdə insanlar arasında sərbəst dolaşıb. Lakin ötən əsrin sonlarında mövcud olan ekoloji problemlər səbəbindən bu növlərin sayı kəskin azalıb. Son illər ölkədə aparılan geniş yaşıllaşdırma və abadlaşdırma işləri, xüsusən də IDEA İctimai Birliyinin səyləri sayəsində Bakıda qanunsuz ağac kəsilməsi hallarının azaldılması və saysız-hesabsız yeni ağacların əkilməsi nəticəsində şəhərdə bir çox fauna növlərinin qaytarılması üçün münbit şərait yaradılıb.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 29 dekabr – 4 yanvar tarixlərində Azərbaycanın bütün
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin