Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/30/2025

Paylaşın

GÜNDƏM

Leyla Əliyeva “Hirkan” sənədli filminin təqdimatında iştirak edib

Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında, Leyla Əliyeva, "Hirkan" sənədli filmi, Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Hirkan” sənədli filminin təqdimat mərasimində iştirak edib.

Baki-baku.az xəbər verir ki, təqdimat oktyabrın 29-da Qəbələ şəhərində yerləşən Heydər Əliyev Konqres Mərkəzində keçirilib. Film IDEA İctimai Birliyinin “Azərbaycanın 12 möcüzəsi” adlı xüsusi layihəsi çərçivəsində hazırlanan növbəti ekran işidir və Azərbaycanın təbiət incilərindən biri olan Hirkan Milli Parkına həsr olunub.

“Hirkan” sənədli filmi ölkəmizin nadir flora və faunasına malik bu təbiət guşəsinin unikal ekosistemini və onun qorunması istiqamətində həyata keçirilən fəaliyyətləri özündə ehtiva edir. Filminin rejissoru İqor Bışnyovdur.

Layihənin təşəbbüskarı olan Leyla Əliyevanın rəhbərliyi ilə bu günədək ümumilikdə səkkiz sənədli film hazırlanıb. Bu filmlər sosial şəbəkələrdə milyonlarla izləyici tərəfindən maraqla qarşılanaraq ölkəmizin zəngin təbiətinin təbliğinə mühüm töhfə verib.

Qeyd edək ki, “Azərbaycanın 12 möcüzəsi” adlanan layihə çərçivəsində əhatə olunan milli parklar ölkəmizin müxtəlif coğrafi bölgələrini və ekosistemlərini əks etdirir. Bunlara Ağgöl, Şirvan, Hirkan, Altıağac, Abşeron, Şahdağ, Göygöl, Samur-Yalama, Qızılağac, Axar-Baxar, İlisu və Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkları daxildir. Sözügedən parklar Azərbaycanın zəngin təbii irsinin qorunması və təbliği baxımından böyük əhəmiyyət kəsb edir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az bu barədə İpoteka və Kredit Zəmant Fonduna istinadən xəbər verir

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı İlham Əliyev və Antonio Koşta birgə foto çəkdirdilər

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı İlham Əliyev və Antonio Koşta birgə foto çəkdirdilər
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin