Nəşr edilmişdir 05/26/2025

Paylaşın

GÜNDƏM

Lava və musiqinin harmoniyasında konsert

Lava

Dünyada elə yerlər var ki, insan ora baxanda təbiətin nə qədər güclü və eyni zamanda nə qədər incə olduğunu hiss edir. İslandiyada yerləşən Srinukagigur (Þríhnúkagígur) vulkanı da bu yerlərdən biridir. Lakin bu vulkanı qeyri-adi edən təkcə onun təbiəti deyil, həm də indi canlı musiqi konsertlərinə ev sahibliyi etməsidir.
“Inside the Volcano” adlı unikal layihə çərçivəsində ziyarətçilər 4 min il əvvəl sönmüş bu vulkanın 130 metr dərinliyinə endirilir. Bu, dünyada insanların daxil ola bildiyi yeganə maqma otağıdır. Daxildəki təbii akustika və daşların yaratdığı mistik aura burada musiqi təcrübəsini tamam başqa səviyyəyə qaldırır.
Burada keçirilən konsertlər az sayda insan üçün təşkil olunur. Klassik musiqi ifaları, solo vokallar və təbii səslərlə birləşən performanslar – hər an, sanki yerin qəlbində musiqinin doğuluşunu izləyirmiş kimi hiss olunur.
Bu tədbir sadəcə bir musiqi proqramı deyil, həm də təbiət, elm və sənətin bir nöqtədə birləşdiyi bir təcrübədir.

Lava

Xanım Aydın

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yay fəsli (Yay Günəş duruşu) Azərbaycana iyunun 21-i saat 06:42-də daxil olub.

Ən son

GÜNDƏM

Bu barədə Baki-baku.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

GÜNDƏM

Bu barədə Baki-baku.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.