Nəşr edilmişdir 01/05/2025

Paylaşın

GÜNDƏM

Küləkli hava şəraiti ilə əlaqədar əhaliyə çağırış edilib

Küləkli hava

Milli Hidrometeorologiya Xidməti yanvarın 5-i saat 14:00-a olan məlumatına əsasən hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir.
Xidmətdən Baki-baku.az-a bildirilib ki, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 22 m/s-dir.
Xidmət rəisi Nazim Mahmudov küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edərək onları təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.
“Vətəndaşlara tövsiyə edirik ki, hava ilə bağlı xəbərdarlıqları və məlumatları diqqətlə izləsinlər, əlverişsiz hava şəraitində ehtiyatlı olsunlar, hündür ağacların altında dayanmasınlar, nəqliyyat vasitələrini irigövdəli ağacların altında saxlamasınlar, təhlükəsizlik qaydalarına ciddi əməl etsinlər”, – deyə o bildirib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən

Ən son

GÜNDƏM

NASA (Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi) Marsın səthinin heyrətamiz yeni şəklini dərc edib. Baki-baku.az

GÜNDƏM

Sabah Bakının Sabunçu və Xətai rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.Bu barədə Baki-baku.az-a

GÜNDƏM

Bakının Baş Planına uyğun olaraq “Hibrid Yaşıl Koridor” layihəsinin icrasına başlanılır.Baki-Baku.az xəbər verir ki, layihənin