Nəşr edilmişdir 12/28/2024

Paylaşın

GÜNDƏM

Kuklaçılar ilk bayram sovqatını həssas təbəqəyə çatdırıb

Kuklaçılar

Dekabrın 27-də Azərbaycan Dövlət Kukla Teatrında sənət ocağının həssas qruplardan olan uşaqlara bayram sovqatı “Şaxta Baba haradadır?” tamaşasının premyerası oldu.
Baki-baku.az xəbər verir ki, premyeranın ilk qonaqları Vətən müharibəsi şəhid və qazilərinin övladları, eləcə də fiziki imkanları məhdud uşaqlar oldu.
Onlar əvvəlcə kuklaçıların Müstəqil “Oyuq” Uşaq Teatrı yetirmələri ilə birgə oyunun məhsulu olan tamaşaya baxıb, ardınca bayram hədiyyələrini alıblar.
Qeyd edək ki, birhissəli uşaq tamaşasının (Azərbaycan dilində) səhnələşdirəni və quruluşçu rejissoru Saida Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyevdir.
Tamaşada personajları (kukla və canlı plan olmaqla) teatrın aktyorları Aygül Ağayeva, Səriyyə Mansurova, Cavid Telman, Elnur Xəlilov, Araz Həsənli, Elxan İsmayılov, Könül Nəsibova, Vüqar İsmayılov, Səbinə Məmmədova və digərləri canlandırırlar.
Macəra dolu tamaşa 28 dekabr 2024-cü il – 5 yanvar 2025-ci il tarixlərində hər gün dörd seans (12, 14, 16, 18.00) nümayiş olunur.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakı şəhəri son illərdə sürətlə inkişaf etməkdədir. Bu prosesin yaxın 10 ildə hələ daha çox da inkişaf edəcəyi

Ən son

GÜNDƏM

Bu gün "Bakı Metropoliteni" QSC-də qatarlardan birinin sərnişin salonunun tavan hissəsindən su axması qeydə alınıb.

GÜNDƏM

Bu gün "Bakı Metropoliteni" QSC-də qatarlardan birinin sərnişin salonunun tavan hissəsindən su axması qeydə alınıb.