Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/05/2025

Paylaşın

GÜNDƏM

Kukla Teatrında Zəfər günündə “Açıq qapı” olacaq

Zəfər günündə “Açıq qapı”, Azərbaycan Dövlət Kukla Teatrı, Zəfər Günü, "Açıq qapı"

Azərbaycan Dövlət Kukla Teatrı 8 noyabr – Zəfər Günü münasibətilə növbəti dəfə “Açıq qapı” günü keçirəcək.

Baki-baku.az xəbər verir ki, öz ənənəsinə sadiq qalan sənət ocağı Vətən müharibəsinin qəhrəman şəhid və qaziləri, eləcə də hərbçilərinin övladlarına həmin gün saat 16:00-da “Yeddi nar çubuğu” tamaşasını təqdim edəcək.

Azərbaycan xalq nağılının motivləri əsasında hazırlanan tamaşanın səhnələşdirmə və mahnı mətnlərinin müəllifi publisist Zülfüqar Rüfətoğludur. Müəllifin konflikt yaratması, məramı qüvvətləndirən hadisələr keçidini qurması və ən əsası, vahid məqsədə – tamaşaçını nağılın mahiyyətindəki birliyə, bərabərliyə səsləyən ideyasını ustalıqla obrazlar və mizanlar üzrə bölüşdürməsi tamaşanın ümumi tempini yüksək saxlayır.

Rejissor məişət nağılının ideyasından irəli gələn ibrətamiz hadisələr fonunda tamaşaçılara fərqli kukla texnikalarının köməyi ilə bitkin bir təsvir təqdim edə bilib. “Yeddi nar çubuğu”nda kölgə teatrı elementlərindən də istifadə edilməklə nağılın rəngarəng səhnə həlli ərsəyə gətirilib.

Kölgə teatrı elementlərindən də istifadə edilməklə rəngarəng həll verilən tamaşanın quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir.

Maraqla izlənilən tamaşada obrazları teatrın aparıcı aktyorları – Əməkdar artistlər Rəhman Rəhmanov, Cəmilə Allahverdiyeva, aktyorlar Rəhim Rəhimov, Ramiz Qəmbərov, Yasin Abbasov, Araz Həsənli, Samirə Nəcəfova və Aygül Ağayeva canlandırırlar.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Elə tarixi şəxsiyyətlər, qüdrətli simalar var ki, onların adı çəkiləndə tarixin özü belə sükuta dalıb əsgər sayğısında dayanır.

Ən son

HƏR ŞEYDƏN

Azərbaycan mədəniyyətində üzərlik (Peganum harmala) həm inancın, həm də təbiətin simvoludur.

HƏR ŞEYDƏN

Azərbaycan mədəniyyətində üzərlik (Peganum harmala) həm inancın, həm də təbiətin simvoludur.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin