Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/27/2025

Paylaşın

GÜNDƏM

Kukla Teatrında “Qış nağılı”: İlk tamaşaçılar xüsusi qayğıya ehtiyacı olan uşaqlar oldu

“Qış nağılı”, Azərbaycan Dövlət Kukla Teatrı, «Зимняя сказка»

27 dekabr tarixində Azərbaycan Dövlət Kukla Teatrında məktəblilərin qış tətili və Yeni il bayramı münasibətilə hazırlanan “Qış nağılı” adlı əyləncəli səhnə əsərinin premyerası baş tutdu.

Ənənəyə sadiq qalaraq, bu dəfə də ilk tamaşaçılar Vətən müharibəsi şəhid və qazilərinin övladları, eləcə də əlilliyi olan uşaq və yeniyetmələr oldu.

Baki-baku.az xəbər verir ki, komik və əyləncəli hadisələr fonunda təqdim olunan ibrətamiz mövzulu tamaşa tamaşaçılar tərəfindən maraqla qarşılandı. Nağıl aləminə səyahətə çıxan uşaqlar bu dəfə yalnız müşahidəçi yox, həm də səhnənin bir parçasına çevrilirlər.

İnteraktiv şəkildə təqdim olunan bu birhissəli tamaşanın süjet xətti sadə və anlaşıqlıdır: uşaqlar bir araya gələrək Şaxta Babaya özəl bir hədiyyə – sevdikləri sehrli nağılların toplandığı bir kitab təqdim etmək istəyirlər. Lakin bu niyyətlərindən xəbər tutan Cadugər kitabı oğurlayır və nağılların süjetini dəyişdirir. Nəticədə hamımıza tanış nağıl qəhrəmanları – Cırtdan, Məlikməmməd, Tıq-tıq xanım, Göyçək Fatma, Div, Hadı, Bıdı və başqaları tamam fərqli rollarda və vəziyyətlərdə görünürlər. Amma Şaxta Baba və uşaqlar birlikdə bu hiylənin qarşısını alır, nağılları əvvəlki halına qaytarırlar. Peşman olan Cadugər bağışlanır və bayram şənliyinə qoşulur.

Tamaşanın səhnələşdirmə və quruluş müəllifi – teatrın baş rejissoru Anar Məmmədov, səhnə tərtibatçısı isə baş rəssam İqbal Əliyevdir. Tamaşada teatrın bütün aktyor truppası növbəli şəkildə iştirak edir.

Hər iki premyera nümayişi anşlaqla keçdi. Tamaşalardan sonra uşaqlara teatrın daxili imkanları hesabına hazırlanmış bayram hədiyyələri təqdim olundu.

Qeyd edək ki, Azərbaycan Dövlət Kukla Teatrının bayram repertuarı 27 dekabr- 4 yanvar tarixlərini əhatə edir. Tamaşalar hər gün 12:00, 14:00, 16:00 və 18:00 saatlarında nümayiş olunur.

“Qış nağılı”, Azərbaycan Dövlət Kukla Teatrı

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Yeni il ərəfəsində Gəncə
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin