Nəşr edilmişdir 05/20/2025

Paylaşın

GÜNDƏM

Kukla Teatrında “Meksika kuklaları” adlı fotosərgi keçirilib

IMG-20250520-WA0029_converted

Mayın 19-da Azərbaycan Dövlət Kukla Teatrında “Meksika kuklaları” adlı fotosərginin açılışı olub.
Baki-baku.az xəbər verir ki, tədbirdə ölkəmizə akkreditə olunmuş bir sıra ölkələrin fövqəladə və səlahiyyətli səfirləri, səfirlik nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyət və media nümayəndələrinin iştirak edirdilər.
Qonaqları salamlayan Meksikanın Azərbaycandakı səfiri xanım Viktoriya Romero layihəni iki ölkə arasında mədəni əlaqələrin inkişafı baxımından önəmli addım kimi dəyərləndirdi, sərginin yüksək səviyyədə təşkilinə dəstəyə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Azərbaycan Dövlət Kukla Teatrı rəhbərliyinə təşəkkürünü bildirdi: “Biz hər zaman mədəniyyəti xalqları birləşdirən körpü hesab etmişik. Bu sərgi çox maraqlı və əhəmiyyətlidir. Bu günün əsas mövzusu Meksika kuklalarıdır. Hesab edirəm ki, uşaqlar üçün də çox maraqlı və öyrədici tədbirdir”.
Sərginin müəllifi, rəssam Aydın Sadıqov tədbirin ideyasının təqribən üç il əvvəl yarandığını və bu layihəyə də ilk dəstəyin həm də Kukla Teatrından gəldiyini dilə gətirdi: “Meksikadan əvvəl Çexiyanın kukla sənəti ilə maraqlanmışam. Meksikanın qədim tarixi və rəmzlərini bu kuklalar vasitəsilə təqdim etmək maraqlı təcrübədir. Burada döyüşçüləri, inancları və emosiyaları əks etdirən fiqurlar yer alıb. Onu da deyim ki, bundan əvvəl də Polşa kukla sənəti ilə bağlı məhz bu məkanda maraqlı bir sərgimiz baş tutdu”.
Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə dedi ki, kukla teatrı müxtəlif xalqların bədii nümunələri ilə yanaşı kukla sənəti incilərinin də zaman-zaman tamaşaçı qarşısına çıxarılmasına maraq göstərir: “93 illik tarixi yol keçən Azərbaycan Dövlət Kukla Teatrı milli ədəbi nümunələrimiz ilə yanaşı dünya xalqlarının bədii irsini də, ədəbi nümunələrini də teatrın, səhnənin özünəməxsus ifa üslubu ilə yetişən nəsillərə çatdırmağa çalışır. Bu sərgi də bizim bu mənada marağımızı cəlb edən aksiyalardandır. Qeyd olunduğu kimi, bundan öncə dost Polşa Respublikasının kukla sənəti ilə bağlı dolğun bir sərgiyə ev sahibliyi etdik. Sənət, mədəniyyət, ümumiyyətlə incəsənətin bütün qolları xalqların, dövlətlərin mədəni mübadiləsində mühüm əhəmiyyətə malikdir”.
Milli Məclisin deputatı, Azərbaycan – Meksika parlamentlərarası işçi qrupunun rəhbəri Jalə Əliyeva sərginin ölkələrarası mədəni əməkdaşlığa xidmət etdiyini qeyd etdi, belə aksiyaların davamlı olmasını arzuladı: “Bu, Meksika səfirliyinin növbəti uğurlu layihəsidir. Belə təşəbbüslər hər iki ölkənin qədim incəsənətinin tanıdılmasına və münasibətlərin möhkəmlənməsinə xidmət edir. Azərbaycan Dövlət Kukla Teatrı isə öz missiyasına uyğun olaraq bu cür layihələri uğurla reallaşdırır və sözsüz ki, sənət ocağı olaraq balacaların teatr, böyük səhnə sənəti ilə ilkin təmasını ustalıqla təmin edir”.
Daha sonra Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə ilə Meksikanın Azərbaycandakı səfiri xanım Viktoriya Romero xatirə hədiyyələrini təqdim etdilər. Tədbir çərçivəsində məktəblilər Meksika mədəniyyətinə uyğun rəqs nümunələri göstərdilər. Sonra qonaqlar foto və kuklalardan ibarət rəngarəng sərgi ilə tanış oldular.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə mayın 20-də Macarıstana işgüzar səfərə gəlib.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu şimal ölkəsi tarixdə insan papillomavirusunun (HPV) yaratdığı xəstəliyin kökünü kəsən

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu şimal ölkəsi tarixdə insan papillomavirusunun (HPV) yaratdığı xəstəliyin kökünü kəsən