Nəşr edilmişdir 04/18/2025

Paylaşın

GÜNDƏM

Kukla Teatrında “Leylək və Müqəvva” tamaşasının premyerası olacaq

“Leylək və Müqəvva”, Leylək və Müqəvva, Azərbaycan Dövlət Kukla teatrı

Mayın 3-də Azərbaycan Dövlət Kukla Teatrında “Leylək və Müqəvva” tamaşasının premyerası olacaq.
Baki-baku.az xəbər verir ki, teatrsevərlərlə görüşəcək yeni səhnə işinin qəhrəmanları mərhəmətli Müqəvva, xilaskar Ağac və yaralı leylək Aykodur.
Slovakiya yazıçısı Yaroslav Vadorajkanın “Müqəvva” pyesi (tərcümə edən Zümrüd Quliyeva) əsasında hazırlanan birhissəli uşaq tamaşasının ana ideyası təbiətə sevgi və canlılar arasındakı sədaqət hissidir.
Uşaqlarda təbiətə, heyvanlara sevgi və diqqət aşılayan maraqlı səhnələrlə zəngin birhissəli uşaq tamaşasını quruluşçu rejissoru Müşfiq Əliyev, quruluşçu rəssamı Rəvanə Yaqubovadır. Musiqi tərtibatlı tamaşada təbiət və insan tandemi, daha doğrusu, tamaşada baş verən hadisələr fonunda qəhrəmanların fərdi xarakterik xüsusiyyətləri ön plana çıxır.
Belə ki, bu dəfə şaxtadan donmuş, qurumuş ağacı xilaskar, tarlada tərk edilmiş Müqəvvanı həyatsevər, hiyləgər Tülkünü təbib, dağıdıcı Küləyi sirdaş kimi görünəcək.
Birhissəli uşaq tamaşasında personajları Elnur Xəlilov (Müqəvva), Əməkdar artist Cəmilə Allahverdiyeva (Balaca leylək Ayko), Nərmin Əhmədova (Sərçə, Leylək), Samirə Nəcəfova (Tülkü, Leylək) və Yusif Baxşəliyev (Külək, Leylək, Ağac) canlandırırlar.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakı şəhərinin mərkəzində, Nizami küçəsinin daim hərəkətli və cəlbedici həyatı fonunda, diqqətdən kənarda qalan bir tikili var

Ən son

GÜNDƏM

Yaşıl bananların müntəzəm istehlakı kolorektal xərçəng riskini əhəmiyyətli dərəcədə azalda bilər.

GÜNDƏM

Yaşıl bananların müntəzəm istehlakı kolorektal xərçəng riskini əhəmiyyətli dərəcədə azalda bilər.