Nəşr edilmişdir 04/26/2025

Paylaşın

GÜNDƏM

Kukla Teatrı IV Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalında iştirak edib

IMG-20250426-WA0100

Kuklaçıların Ankara səfəri uğurla başa çatdı.
Baki-baku.az xəbər verir ki, Azərbaycan Dövlət Kukla Teatrı IV Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalı çərçivəsində Ankarada səfərdədir.
Festival proqramına uyğun olaraq aprelin 25-də Ankaradakı “Cermodern” konsert mərkəzində Azərbaycan Dövlət Kukla Teatrı təmsilçilərinin təqdimatında “Cırtdanın Türkiyədə macəraları” tamaşası göstərildi.
Anşlaqla keçən nümayişin tamaşaçıları arasında tanınmış ictimaiyyət nümayəndələri, mədəniyyət sahəsi mütəxəssisləri ilə yanaşı Türkiyə-Azərbaycan Dostluq və Əməkdaşlıq Vəqfinin rəhbəri, tanınmış alim, ictimai xadim Aygün Attar da vardı.
Birpərdəli uşaq tamaşasının ideya və quruluş müəllifi Saida Haqverdiyeva, səhnə tərtibatçısı İqbal Əliyevdir.
Milli musiqilərlə zəngin səhnə işində obrazları Elnur Abbasquliyev, Rəhim Rəhimov, Səriyyə Mansurova, Aygül Ağayeva və Cavid Telman canlandırırdılar.
Ana ideyası türkiyəli teatrsevərlərə milli nağıl personajlarımızı təqdim etməklə müxtəlif kukla oyun üslublarını təqdimat olan səhnə işi
Azərbaycan musiqi əsərlərinin müşayiəti ilə daha da yaddaqalan oldu.
Nümayişin ardınca festival təşkilatçıları Azərbaycan təmsilçilərinə festivalda iştirak üçün təşəkkür edərək fəxri diplom təqdim etdilər.
Qeyd edək ki, beynəlxalq festivalda Azərbaycan Dövlət Kukla Teatrının kollektivi ilə yanaşı, Türkiyə, Özbəkistan və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) teatr sənəti ustaları da iştirak edirdilər.
Ankarada start götürən sənət bayramı daha sonra Azərbaycanda (28-30 aprel) və Özbəkistanda (2-5 may) davam edəcək.
Tədbirin bağlanış ünvanı isə bu dəfə Şimali Kipr Türk Cümhuriyyətidir.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az xəbər verir ki, tədbir iştirakçıları Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib.

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib.