Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/04/2025

Paylaşın

HƏR ŞEYDƏN

Kosmosda isifadə olunacaq paltaryuyan maşın icad edilib

Kosmosda isifadə olunacaq paltaryuyan, Kosmos, Paltaryuyan

Pekinli tədqiqatçılar kosmik şəraitdə işləyə bilən paltaryuyan maşın icad ediblər.

Baki-baku.az “South China Morning Post” (SCMP) qəzetinə istinadla xəbər verir ki, astronavtların üzləşdiyi problemlərdən biri də çirkli paltarların yuyulmasıdır. Nəşr qeyd edir ki, bu, nəticədə kosmik uçuşlar zamanı ən böyük xərclərdən birinə çevrilir.

Qəzet yazır: “Pekindən olan tədqiqatçılar həll yolu təklif etdilər. Onlar duman və ozondan istifadə edərək yeni maşın hazırladılar. Bu maşın kosmosda məhdud olan sudan və paltaryuyan tozdan istifadə etmir”.

Qeyd edək ki, paltaryuyan maşın 12 kiloqram ağırlığında kiçik, kubik formalı bir cihazdır.

Bir dövrədə 800 qrama qədər paltarı təmizləmək üçün maşın ultrasəs atomizasiyasından istifadə edərək ultra incə duman şəklində verilən cəmi 400 millilitr su istehlak edir. Yuyucu vasitənin əvəzinə ultrabənövşəyi işığın köməyi ilə sintez olunan ozon isə paltarları beş dəfə geyinmək üçün sterilizasiya edir.

Tədqiqatçıların hesablamalarına görə, yeni məhsul Çinin “Tianqun” kosmik stansiyasına, həmçinin gələcək Ay və ya Mars bazalarına missiyalar üçün götürülən paltarların çəkisini 60%-dən çox azaltmağa kömək edəcək.

Nəşr qeyd edir: “Stansiyaya 15 illik missiya üçün üç nəfərdən ibarət ekipaj təxminən 3383 kiloqram çəkisində geyimdən istifadə edə bilər. Gələcəkdə Ayda uzun müddət qalmaq üçün və ya Marsa səfərlər zamanı kosmik gəminin göyərtəsində yuyulma texnologiyasının inkişafı Yerdən göndərilməli olan böyük miqdarda paltarın azaldılması üçün mühüm əhəmiyyət kəsb edəcək”.

Qeyd olunur ki, bu cihaz çəkisizlik şəraitində xarakterik olan problemlərin qarşısını almaq üçün nəzərdə tutulub. Belə ki, paltaryuma prosesində su qabarcıqları çıxmır. O, həmçinin kimyəvi maddələr olmadan parçaları hamarlayır və sterilizasiya edir. Maşının uzunmüddətli – orbitdə beş aydan çox və ya dərin kosmosda iki ay yarımdan artıq müddətə missiyalarda istifadə ediləcəyi gözlənilir. Tərtibatçılar növbəti addımın yükgötürmə qabiliyyətini artırmaq və su sərfini daha da azaltmaq olacağı qənaətindədir. Onlar hesab edirlər ki, yenilik paltaryuyan maşının səmərəliliyini artıracaq prototipin yaradılması ola bilər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Вулканическая мощь природы способна не только разрушать, но и создавать — буквально на наших глазах

Ən son

İdman

FIBA Avropa Kubokunda mübarizə aparacaq "Neftçi" heyətini yeni legionerlə gücləndirib.

İdman

FIBA Avropa Kubokunda mübarizə aparacaq "Neftçi" heyətini yeni legionerlə gücləndirib.
Facebook
X (Twitter)
LinkedIn
Email

Məqalənizi göndərin