Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/17/2026

Paylaşın

HƏR ŞEYDƏN

Kosmosda doğulan qızıl

2017-ci il avqustun 17-də astronomlar kainatda qızılın mənşəyinin sirrini açmağa kömək edən mühüm bir hadisəni qeydə aldılar.

Yerdən təxminən 130 milyon işıq ili uzaqlıqda iki neytron ulduzu toqquşdu. Bunlar vaxtilə mövcud olmuş nəhəng ulduzların son dərəcə sıxlaşmış qalıqları idi. Diametri cəmi 20 kilometrə yaxın olan bu ulduzların hər birinin kütləsi Günəşin kütləsi ilə müqayisə edilə biləcək qədər böyük idi.

Nəhəng kosmik hadisə baş verməzdən əvvəl ulduzlar bir-birinin ətrafında sürətlə fırlanır, getdikcə yaxınlaşır və nəhayət toqquşmuşdular. Baş verən kosmik fəlakət LIGO və Virgo detektorları tərəfindən qeydə alındı. Əvvəlcə alimlər qravitasiya dalğalarını aşkar etdilər, təxminən 1,7 saniyə sonra isə kosmik cihazlar güclü qamma şüalanması partlayışını qeydə aldı.

Ən maraqlı hadisə isə toqquşmadan sonra baş verdi. Kosmosa neytronlarla zəngin böyük həcmdə közərmiş maddə atıldı. Belə ekstremal şəraitdə ağır kimyəvi elementlərin yaranması prosesi başlayır. Məhz bu yolla qızıl, platin və digər nadir metallar əmələ gələ bilər.

Toqquşmanın nəticələri üzərində aparılan müşahidələr ağır elementlərin yaranmasına dair əlamətləri üzə çıxardı. Daha sonra alimlər kosmosa atılmış maddənin tərkibində stronsium aşkar etdilər. Bu isə həmin mühitdə baş verən nüvə proseslərinin mühüm təsdiqlərindən biri oldu.

Bəzi modellərə görə, neytron ulduzlarının bir dəfə birləşməsi nəticəsində kütləsi Yer kürəsinin kütləsindən bir neçə dəfə çox olan miqdarda qızıl yarana bilər.

Beləliklə, üzükdə, saatda və digər zinət əşyalarında gördüyümüz qızılın tarixi Yer kürəsindən də qədimdir. Onun atomları planetimiz və Günəş sistemi yaranmazdan milyardlarla il əvvəl kosmosda baş verən nəhəng hadisələr zamanı formalaşıb. Sonradan bu maddə ulduzlararası fəzaya yayılıb və zamanla Yer kürəsinin yarandığı maddənin tərkibinə daxil olub.

Alimlər hələlik kainatdakı bütün qızılın yalnız neytron ulduzlarının toqquşması nəticəsində yarandığını iddia etmirlər. Ağır elementlərin başqa mümkün yaranma mənbələri də mövcuddur.

2017-ci il avqustun 17-dəki hadisə göstərdi ki, neytron ulduzlarının toqquşması ağır elementlərin yaranmasına səbəb olan nəhəng kosmik prosesdir.

Beləliklə, gündəlik istifadə etdiyimiz qızıl əşyalar sadəcə qiymətli metal deyil, milyardlarla il əvvəl uzaq ulduzların məhvi zamanı yaranmış maddənin bir parçası da ola bilər.

Hacı Cavadov

Bənzər Xəbərlər

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan XİN "X" sosial şəbəkə hesabında paylaşım edib.

Ən son

HƏR ŞEYDƏN

2017-ci il avqustun 17-də astronomlar kainatda qızılın mənşəyinin sirrini açmağa kömək edən mühüm bir hadisəni

HƏR ŞEYDƏN

2017-ci il avqustun 17-də astronomlar kainatda qızılın mənşəyinin sirrini açmağa kömək edən mühüm bir hadisəni
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin