Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/19/2025

Paylaşın

GÜNDƏM

“Kontrabas” festivaldan mükafatlarla qayıtdı

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı Patrik Züskindin “Kontrabas” monotamaşası ilə Qazaxstanın Kostanay şəhərində keçirilən “MONOFEST” teatr festivalında iştirak edib.

Baki-baku.az xəbər verir ki, mayın 16-da nümayiş olunan “Kontrabas” tamaşası “Bədii konsepsiya və parlaq ifa harmoniyasına görə” və “Tamaşaçı rəğbətinə görə” mükafatlarına layiq görülüb.

Qeyd edək ki, birhissəli səhnə əsərinin quruluşçu rejissoru mərhum Xalq artisti İrina Perlova, ifaçı Əməkdar artist Şövqi Hüseynovdur.

Uzun illərdir teatrın repertuarında olan və bir çox festivallarda uğurla nümayiş etdirilən səhnə işi ensiklopedik biliklərə malik qəhrəmanı, onun həyata baxışını ehtiva edir. Opera “ulduzuna” vurulan bu şəxs həmin xanıma etiraf etmək istəyir ki, sakit otaqlarda belə onun səsini eşidir, məşhur ariyaları ifa edən gözəl səsi ilə dialoqa girir.

Sarkazm və yumoristik məqamlarla zəngin olan tamaşada qəhrəmanımızın yeganə ünsiyyət vasitəsi isə kontrabasdır. Bu xoş ünsiyyətin ən maraqlı mesajı bundan ibarətdir ki, insan öncə özü özünə sədaqətli olmalıdır. Yalnız bundan sonra onun ətrafdakılara sədaqətini dəyərləndirmək olar.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Как сообщает Baki-baku.az, исследования показывают, что наш мозг во сне вовсе не отдыхает полностью

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının tabeliyində publik hüquqi şəxs - Mərkəzi

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının tabeliyində publik hüquqi şəxs - Mərkəzi
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin