Ötən əsrin 70-ci illərinin əvvəllərində IBM şirkətinin mühəndisləri hesablama texnologiyalarının inkişafında yeni mərhələ açdılar. 1973-cü ildə şirkət IBM 3340 modelini təqdim etdi və bu, ilk dəfə olaraq həm “kompakt”, həm də etibarlı məlumat saxlama qurğusu hesab edilirdi. Onun konstruksiyasında hər biri 30 meqabayt tutuma malik iki moduldan istifadə olunmuşdu.
Baki-baku.az xəbər verir ki, məhz bu 30/30 rəqəm kombinasiyası məşhur ov patronu “.30-30 Winchester” ilə assosiasiya yaradaraq qurğuya gurultulu “vinçester” kod adı verdi.
Sensasiya ondan ibarət idi ki, texniki termin qısa zamanda IBM laboratoriyalarından kənara çıxaraq ümumi istifadəyə keçdi. Rus dilində “vinçester” anlayışı bu günədək hər bir sərt diskin sinonimi kimi işlədilir, halbuki ingilis dilində artıq sıradan çıxaraq kompüter təkamülünün tarixinə həkk olub.