Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/24/2025

Paylaşın

GÜNDƏM

Komitə sədri Bakıdakı Ali Mələk Mikayıl kilsəsini ziyarət edib

IMG-20251124-WA0073

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakı şəhəri Ali Mələk Mikayıl kilsəsini ziyarət edib.

Baki-baku.az xəbər verir ki, ziyarət çərçivəsində komitə sədri kilsənin fəaliyyəti, burada həyata keçirilən dini-mənəvi tədbirlər barədə məlumat alıb.

Dövlət Komitəsinin sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda tolerantlıq ənənələrinin möhkəmləndirilməsi sahəsində həyata keçirilən dövlət siyasətinin əhəmiyyəti haqqında danışıb.

Müxtəlif dini konfessiya nümayəndələrinin dini ənənələrinin qorunması sahəsində görülən işlərin multikulturalizm mühitinin inkişafına xidmət etdiyini vurğulayıb.

O, bu sahədə mütəmadi olaraq həyata keçirilən layihələr, dini icmaların fəaliyyətinin dəstəklənməsi, ibadət məkanlarının bərpası və maddi-texniki təminatının gücləndirilməsi üçün reallaşdırılan layihələrin önəminə toxunub:

“Dövlət başçısının tapşırıq və təşəbbüsləri əsasında mədəniyyətlərarası dialoqun genişləndirilməsi və dini müxtəlifliyin cəmiyyətin ümumi dəyəri kimi təbliği istiqamətində kompleks tədbirlər həyata keçirilir”.

Bakı və Azərbaycan yepiskopu Aleksiy dövlət-din münasibətlərinin nümunəvi modelinin ölkədə sabitliyin, qarşılıqlı hörmət və etimad mühitinin möhkəmlənməsinə mühüm töhfə verdiyini qeyd edib.

Kilsədə yaradılan şəraitə, dini ayinlərin sərbəst şəkildə icra olunması və icmanın fəaliyyətinin diqqətdə saxlanılmasına görə təşəkkürünü bildirib.

Ziyarət zamanı kilsə kompleksinin tamamilə yenidən qurulması və bərpa edilməsi dövlətin dini-mənəvi irsin qorunmasına verdiyi xüsusi önəmin bariz nümunəsi kimi dəyərləndirilib

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 mart 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Hərb tariximizdən səhifələr” mövzusuna həsr olunmuş

Ən son

HƏR ŞEYDƏN

Tayra və Minamoto klanları arasında müharibə başlayanda Tomoe həyat yoldaşı olan Minamoto döyüşçüsünün tərəfini seçdi

HƏR ŞEYDƏN

Tayra və Minamoto klanları arasında müharibə başlayanda Tomoe həyat yoldaşı olan Minamoto döyüşçüsünün tərəfini seçdi
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin