Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/02/2026

Paylaşın

GÜNDƏM

Komitə: Bakının Nəsimi rayonunda tikinti ilə bağlı qanun pozuntusu aşkarlanmadı

WhatsApp Image 2026-04-02 at 11.34.55

Bakı şəhərinin Nəsimi rayonunda yerləşən Ənvər Qasımzadə küçəsi 15 ünvanında aparılan tikinti işləri ilə bağlı daxil olan müraciətlərə aydınlıq gətirilib.
Baki-baku.az Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir ki, sözügedən ərazidə zirzəmisi olan bir mərtəbəli qeyri-yaşayış obyektinin inşasına 13 iyun 2025-ci il tarixində qanunvericiliyə uyğun şəkildə icazə verilib. İcazə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən aidiyyəti qurumların rəyləri əsasında təqdim olunub və bu günədək sənəddə hər hansı dəyişiklik edilməyib.
“Daxil olan şikayətlər əsasında əraziyə baxış keçirilib. Yoxlamalar zamanı təsdiq olunmuş layihədən kənarlaşma, o cümlədən əlavə mərtəbə tikintisi faktı qeydə alınmayıb”, – məlumatda deyilir.
Hazırda tikinti işlərinin Baş İdarə tərəfindən nəzarətdə saxlanıldığı qeyd olunur.
Eyni zamanda vurğulanır ki, tikintiyə verilmiş icazə və layihə barədə ətraflı məlumatlar Tikintilərin Dövlət Reyestrində (e-tikinti.gov.az) hamı üçün açıq şəkildə mövcuddur.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Nizami Kino Mərkəzinin fasadına müdaxilə aradan qaldırılıb, ilkin görünüş bərpa olunub.

Ən son

GÜNDƏM

"Bakı Metropoliteni" QSC qatarların hərəkət qrafikinin optimallaşdırılması və sərnişin axınının tənzimlənməsi istiqamətində növbəti yeniliklər edib.

GÜNDƏM

"Bakı Metropoliteni" QSC qatarların hərəkət qrafikinin optimallaşdırılması və sərnişin axınının tənzimlənməsi istiqamətində növbəti yeniliklər edib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin