Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/06/2026

Paylaşın

GÜNDƏM

Kollektorun üzərində tikilən ev söküldü, xəttin bərpası işlərinə başlanıldı

Kollektorun üzərində tikilən ev söküldü, ADSEA, Xətai rayonu, Rəşid Bağırov küçəsi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansındakı diamertri 1200 mm-lik tullantı su kollektorunun çökməsinə səbəb olan evlərdən biri komissiyanın qərarı əsasında sökülüb.

Baki-baku.az ADSEA-ya istinadla xəbər verir ki, Xətai rayonu, Rəşid Bağırov küçəsindən keçən kollektorda izafi yüklənmə nəticəsində baş verən qəza hadisəsi suyun ətraf ərazilərə yığılmasına səbəb olub. Hazırda həmin ərazilərdə suyun kənarlaşdırılması istiqamətində intensiv işlər aparılır.

ADSEA sədri Zaur Mikayılov da mütəmadi ərazidə olur, görülən işləri şəxsən nəzarətdə saxlayır. Agentlik sədri yaranmış vəziyyətə yerində baxış keçirərək hadisənin daha tez, optimal və təhlükəsiz şəraitdə aradan qaldırılması ilə bağlı tapşırıqlar verib. Bununla yanaşı müvafiq dövlət qurumlarının rəhbər şəxsləri də əraziyə baxış keçirirlər.

Kollektorun üzərində inşa edilmiş ev artıq sökülüb. ADSEA İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşları yüklənmə nəticəsində çökən tullantı su kollektorunun təmir-bərpasını həyata keçirirlər. 9 metr dərinlikdə olan kollektorun üzərindən torpaq qatının götürülməsi üçün qazıntı işləri aparılır.

Qeyd edək ki, bir müddət əvvəl həmin ünvanda evlərin altında qalan 500 millimetrlik çuğun xəttin 100 metr hissəsi polietilen boru ilə əvəzlənərək yeri dəyişdirilib. Qəzalı vəziyyətdə olan evin altında qalan 100 və 150 millimetrlik köhnə polad borular da ləğv edilərək diametri 110 və 160 millimetrlik yeni polietilen borularla əvəz olunub.

Qəza ehtimalının artması ilə bağlı indiki hadisədən öncə sakinlərə xəbərdarlıq edilib, kollektorun üzərində təmir-tikinti, bərpa işlərinin təhlükəsiz icrası üçün ərazini boşaltmaları tapşırılıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət ediblər.

Ən son

GÜNDƏM

Aprelin 6-da Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata

GÜNDƏM

Aprelin 6-da Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin