“Koenigsegg” avtomobil markasının yaradıcısı və rəhbəri, isveçli mühəndis Kristian fon Koenigsegg qeyri-adi formalı təyyarəni patentləşdirib.
Baki-baku.az xəbər verir ki, təyyarə qapalı dizaynlı qanadlara malikdir.
Formaya əsaslanaraq güman etmək olar ki, “Koenigsegg”in təyyarəsi daha təkmil aerodinamikasına görə praktikada öz analoqlarından xeyli qənaətcil ola bilər. Bundan əlavə, təyyarənin ənənəvi qanadları yoxdur.