Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/10/2026

Paylaşın

GÜNDƏM

“Kitabxanada yay” adlı tədbir keçirilib

"Kitabaxanada Yay"

10 iyul 2026-cı il tarixində “Kitabxanada yay–2026” proqramı çərçivəsində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında maarifləndirici tədbir keçirilib. Tədbirdə müxtəlif yaş qruplarını təmsil edən uşaqlar iştirak edib və proqram çərçivəsində təşkil olunan fəaliyyətlərə fəal şəkildə qoşulublar.

Baki-baku.az xəbər verir ki, tədbir çərçivəsində uşaqlar üçün əvvəlcə kitabxanaya ekskursiya təşkil olunub.

İstifadəçilər kitabxana ilə tanış olduqdan sonar, kitabların texniki işlənməsi prosesi haqqında ətraflı məlumat əldə ediblər. Daha sonra müxtəlif yaş qrupları üçün nəzərdə tutulmuş uşaq ədəbiyyatı nümunələri haqqında məlumat əldə ediblər, oxuduqları əsərlər ətrafında fikir mübadiləsi aparıblar.

Proqramın davamında iştirakçılar bəzi kitabların məzmunu əsasında süni intellekt və müasir informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə olunaraq hazırlanmış video icmallarla tanış olublar. Təqdim olunan videolar vasitəsilə kitabların məzmunu daha interaktiv və vizual formada nümayiş etdirilib, uşaqlarda mütaliəyə marağın artırılması və əsərlərə fərqli yanaşma imkanlarının yaradılması məqsədi daşıyıb. Süni intellekt texnologiyalarının tətbiqi ilə hazırlanan bu təqdimatlar iştirakçılara kitabları daha yaradıcı üsullarla kəşf etmək imkanı verib.

Tədbirin sonunda yaradıcılıq yönümlü master-klas təşkil olunub. Master-klas çərçivəsində iştirakçılar müxtəlif rəngli əlfəcinləri öz zövq və fantaziyalarına uyğun şəkildə bəzəyib, fərdi yaradıcılıq nümunələri hazırlayıblar.

Fəaliyyət uşaqların estetik zövqünün formalaşdırılmasına, əl bacarıqlarının və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsinə xidmət edib.

Tədbirin keçirilməsində əsas məqsəd uşaqların yay tətilində asudə vaxtlarının səmərəli təşkil olunmasına, onların kitabxana ilə yaxından tanış olmasına, mütaliəyə marağının artırılmasına, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsinə və müasir texnologiyaların, o cümlədən süni intellektin təhsil və mütaliə sahəsində tətbiqi barədə məlumatlandırılmasına dəstək göstərmək olub.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Bakı Beynəlxalq Dəniz Limanında 2026-cı ilin yanvar-iyun aylarında 61 min TEU konteynerə yaxın

Ən son

GÜNDƏM

10 iyul 2026-cı il tarixində “Kitabxanada yay–2026” proqramı çərçivəsində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında maarifləndirici

GÜNDƏM

10 iyul 2026-cı il tarixində “Kitabxanada yay–2026” proqramı çərçivəsində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında maarifləndirici
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin