Danimarka Bredberini Selsiyə necə “tərcümə etdi”
Elm, ədəbiyyat və mədəniyyət kodları — bütün bunlar XX əsrin ən məşhur antiutopik romanlarından birinin səhifələrində gözlənilmədən toqquşdu. 1955-ci ildə danimarkalı nəşriyyatçılar Rey Bredberinin kult əsərinin başlığını sözün əsl mənasında tərcümə etməyə qərar verdilər — beləliklə, “451 dərəcə Farenheyt” romanı Danimarkada “233° Selsi” adı ilə çap olundu.
Romana görə, məhz bu temperaturda kağız alışır — lakin artıq Amerika deyil, Avropa ölçü vahidi ilə.
Baki-baku.az saytının məlumatına görə, digər Avropa ölkələrində, eləcə də Danimarkada romanın sonrakı nəşrlərində bu ideyadan imtina olundu və əsərin orijinal adı qaytarıldı.
Bu hal təkcə biblioqrafik nadirlik olaraq qalmadı, həm də mədəni tərcümənin necə sözün əsl mənasında fiziki — hətta termodinamik bir hadisəyə çevrilə biləcəyinin parlaq nümunəsinə çevrildi.
Hacı Cavadov