Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/02/2025

Paylaşın

GÜNDƏM

Kinorejissor Ayaz Salayev Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görülüb

IMG-20250802-WA0038

Avqustun 1-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində tanınmış kinoşünas, rejissor, ssenarist, pedaqoq, Əməkdar incəsənət xadimi Ayaz Salayev ilə görüş olub.
Baki-baku.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli rejissoru 65 illik yubileyi münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Ayaz Salayevin Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərini qeyd edən nazir onun kinoşünas kimi də təqdirəlayiq işlər gördüyünü bildirib.
Adil Kərimli rejissorun milli kinematoqrafiyanın inkişafına verdiyi töhfələrə görə Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görüldüyünü deyib və təltifi yubilyara təqdim edib.
Ayaz Salayev fəaliyyətinə göstərilən diqqətə görə Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib.
Görüşün sonunda sənətkarla xatirə şəkli çəkdirilib.

Loading

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıb.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu münasibətlə avqustun 1-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində aktyorla görüş keçirilib.

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu münasibətlə avqustun 1-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində aktyorla görüş keçirilib.