Keşlədəki subasmanın əsl səbəbləri məlum oldu.
Baki-baku.az-ın əldə etdiyi məlumata görə, subasmaya səbəb uzun illər öncə Xətai rayonu Rəşid Bağırov 36/12b ünvanında kollektorun üzərində tikilən 2 mərtəbəli ev olub.
Belə ki, kollektorun üzərində tikilmiş evin xəttin üzərinə çökməsi nəticəsində borunun bir hissəsinin tutulması ilə yağış sularının kənarlaşdırılması problemi yaranıb.
Mütəxəssislərin rəyinə görə, gələcəkdə belə halların digər ərazilərdədə təkrarlanmaması üçün qanunsuz inşa edilmiş evin təcili sökülərək xəttin bərpa edilməsi zəruridir.