Nəşr edilmişdir 11/21/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Kembric lüğəti “ilin sözü”nü elan edib

Kembric

Kembric İngilis Dili Lüğəti “manifest” (“manifestləşdirmək”) feilini 2024-cü ilin sözü elan edib.
Baki-Baku.az bu barədə Kembric Universitetinin Mətbuat Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, Universitetin bəyanatında bildirilir ki, bu il Kembric Lüğətinin saytında “manifest” sözü təxminən 130 min dəfə axtarılıb ki, bu da onu istifadəçilər arasında ən populyar sözlərdən birinə çevirib.
Lüğətin tərifinə görə, manifestləşdirmək – istədiyiniz bir şeyə nail olduğunuzu təsəvvür etməyə kömək üçün vizuallaşdırma və təsdiqləmə kimi metodlardan (belə hərəkətlərin bu nailiyyətlərin ehtimalını artıracağına inanaraq) istifadə etmək deməkdir.

Qeyd olunub ki, bu feildən əvvəlcə sosial şəbəkələr də daxil olmaqla müxtəlif özünüinkişaf qruplarının iştirakçıları istifadə etməyə başlayıblar, lakin zaman keçdikcə o, müğənni Dua Lipa və İngiltərə millisinin futbolçusu Olli Uotkins də daxil olmaqla dünya məşhurlarının leksikonuna daxil olub.
Eyni zamanda, Kembric Universitetinin əməkdaşları terminin elmi hesab edilə bilməyəcəyini etiraf ediblər.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Mertsə təbrik məktubu göndərib.

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonunun Daşaltı

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonunun Daşaltı