Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/18/2025

Paylaşın

GÜNDƏM

Kelli adlı delfinin biznes strategiyası

ABŞ-nin Missisipi ştatında yerləşən Dəniz Heyvanları Araşdırma İnstitutunun əməkdaşları delfinləri hovuzda tapdıqları zibilləri balıqla dəyişməyə öyrədiblər. Söhbət suya düşən müxtəlif tullantılardan gedir. Bu üsulla hovuzun təmizliyi qorunurdu.

Baki-baku.az saytının verdiyi məlumata görə, zaman keçdikcə delfinlərdən biri gözlənilməz dərəcədə zəka nümayiş etdirməyə başlayıb. Bu, Kelli adlı dişi delfin idi. O, alimlərin qurduğu sistemi şəxsi məqsədləri üçün istifadə etməyə başlayıb.

Kelli başa düşüb ki, kağız parçasının ölçüsündən asılı olmayaraq, hər dəfə eyni miqdarda balıq alır. Bunu bildikdən sonra kağızları qayanın altına gizlətməyə başlayıb. Daha sonra həmin kağızları xırda hissələrə bölərək bir-bir balıqla dəyişib. Amma bununla dayanmayıb.

Kellinin ticarət bacarığı alimləri daha da heyrətləndirib. Bir dəfə böyük bir qağayı tutmağa müvəffəq olub və buna görə xeyli balıq mükafatı alıb. Balığı dərhal yemək əvəzinə, bir qismini ehtiyat üçün saxlayaraq, onu yeni qağayılara tələ qurmaq məqsədilə istifadə edib. Beləliklə, Kelli bir daha qağayı tutub və yenidən balıqla mükafatlandırılıb.

Zaman keçdikcə Kelli bu fəndləri digər delfinlərə də öyrədib və onlar da qağayı ovuna başlamışlar.

Hacı Cavadov

Loading

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Körpələr evi-uşaq bağçası binasının inşasına ötən ilin fevralında başlanılıb