Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/12/2025

Paylaşın

ETNOQRAFIYA

Kəlamları aforizmə çevirən dahilər

Dahilər, Nizami Gəncəvi, Seyid İmadəddin Nəsimi

Tarixin bütün dönəmlərində yetirdiyi qüdrətli fikir və düşüncə sahibləri, təbib filosoflar, mütəfəkkir şairlərlə bəşəri dəyərlər xəzinəsini zənginləşdirən Şərqin, Türk dünyasının, Odlar yurdu Azərbaycanın qürur mənbəyinə çevrilən dahilər həm də artıq aforizmə çevrilən müdrik kəlamları ilə ruhumuzun qida yerinə çevriliblər. Sədi Şirazini “Müdriklər gülşəninin sultanı” hesab edənlər onu həm də bu müdrik kəlamına görə klassikləşən müasiri bilir. “Üç şeyi ehtiyatla götür: qədəmi, qələmi, cənazəni. Üç şeyi pak saxla: bədəni, paltarı, fikirləri. Üç şeydən özünü uzaq saxla: qarğışdan, ah-nalədən, təəssüfdən. Üç şeydən kömək al: ağıldan, cəsarətdən, səbrdən. Üç şeyi çirkləndirmə: ürəyi, dili, gözü. Üç şeyi unutma: Allahı, ölümü, dostu”.

Şeyx Nizami Gəncəvinin “Elmlə, biliklə başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz!” Seyid İmadəddin Nəsimi “Günəş qürub edəndə rəngi saralar”, Mövlana Cəlaləddin Ruminin “Sanmasınlar ki, öldük, bir başqa bahar üçün yarpaq tökdük”.”Könülə girən gözdən uzaq olanda nə olanda nə olur ki?” Xoca Yunus İmrənin “Kim könül qərar isə, iki cahan bədbaxtı”, “Könül Çələbin taxtı”, Hüseyn Cavidin “Turana qılıncdan daha kəskin ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət”. Mir Cəlalın “Kölgədə bitən ağacın kölgəsi olmaz” Hoca Vəli Bəqtaşinin “Əlin açıq, könlün açıq, süfrən açıq olsun. Ayıbları ört, sirləri tut, qəzəbini ud” Şəms Təbrizinin “Yaxşı bir insanla münasibət şəkər qamışına bənzər. Qırsan da, əzsən də, sıxsan da, hətta döysən də, üyütsən də yenə şirinlik alarsan”, Sahib Təbrizinin “Əziz dost, kordan deyil, nankordan, üzlüdən deyil, ikiüzlüdən, düşməndən deyil, südü çat verənlərdən qorx”. Əziz Səncərin “Heç oğurluq etmədim günah olduğu üçün deyil, xarakterə yad olduğu üçün. Ehtiyacı olanlara yardım etdim, savab olduğu üçün deyil, insan olduğum üçün, heç rüşvət almadım, haram olduğu üçün deyil, əxlaqdan uzaq olduğu üçün. Yəni “insan olmaq üçün, öncə vicdanın olmalıdır”. Mirhəmzə Seyid Nigarinin “Özgənin yazını çalanın bağçası bahar görməz”. Kimsənin haqqına girənin qapısını səadət döyməz”. “Yol kəsənin cığırını ot basar”. “Ah alanın, ahı asimana bülənd olar” kəlamları min illər bundan sonra da türk ruhunun, əzəmətinin göstəricisi, Odlar Yurdu Azərbaycanın qəlbinin hərarəti kimi dünyanı nura qərq edəcək.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Психологи раскрыли общую привычку, присущую счастливым людям - они уделяют особое внимание поддержанию порядка и чистоты в своем

Ən son

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Şirin və dadlı yay meyvəsi olan Nektarin A, C və E vitaminləri, antosiyaninlər də daxil

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Şirin və dadlı yay meyvəsi olan Nektarin A, C və E vitaminləri, antosiyaninlər də daxil

Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin