Nəşr edilmişdir 10/26/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Keçirilən aksiyalar paytaxtın ekoloji durumunu daha da yaxşılaşdıracaq

Ağacəkmə

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar bu il ölkəmizin bütün bölgələrində mütəmadi olaraq kütləvi ağacəkmə aksiyaları təşkil edilib və bu zaman yüz minlərlə yeni ağac və kollar əkilib. paytaxt Bakı şəhərində bu aksiyalar geniş vüsət alıb. Şəhərin müxtəlif ərazilərində, park və istirahət bağlarında, prospekt və küçələrin kənarında yerli iqlimə uyğun ağaclar, kollar və güllər əkilib və bu işlər davam etdirilir.

18-27 oktyabr tarixlərində ölkə üzrə “Yaşıl bir dünya üçün həmrəy olaq!” şüarı altında keçirilən genişmiqyaslı ağacəkmə aksiyalarında paytaxt Bakı Şəhər və paytaxt rayonlarının İcra Hakimiyyətləri də yaxından iştirak edirlər. Bu işlər çərçivəsində oktyabrın 26-də Bakı Şəhər və Pirallahı rayon İcra Hakimiyyətlərinin təşkilatçılığı ilə paytaxtın Pirallahı rayonunda əsas magistral yolunun kənarındakı boş ərazidə növbəti genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.

Bu gün keçirilən aksiyada icra qurumlarının, kommunal və digər xidmətlərin, Yaşıllaşdırma Birliyi Təsərrüfatının əməkdaşları tərəfindən iqlim şəraitinə uyğun olaraq seçilmiş 3000-dən çox Eldar Şamı və 2000-dən çox oleandr kolları əkilib. Yeni əkilən ağac və kollara aqrotexniki qulluq göstərilməsi, onların qorunması və suvarılması ilə bağlı vacib təşkilati və texniki tədbirlər görülüb.

Yaxın gələcəkdə bu ərazidə əkilən ağac Pirallahı qəsəbəsinə uzanan magistral yolu daha da gözəlləşdirəcək, sakinlərimizin zövqünü oxşayacaqdır.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycanda 512 hərbi qulluqçu Bakı və Sumqayıt şəhərlərində tam təmirli mənzillərlə təmin olunacaq. Baki-baku.az Maliyyə Nazirliyinə istinadla xəbər

Ən son

GÜNDƏM

 Bakıda 148 nəfər XII sinifdə təhsil alır. Baki-Baku.az xəbər verir ki, bu barədə Bakı Şəhəri

GÜNDƏM

Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun 2025-ci il

GÜNDƏM

Hər il olduğu kimi bu il də dekabrın 31-dən yanvarın 1-nə keçən gecə çoxlu sayda