Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/06/2026

Paylaşın

TARİX

Kəbənin bilinməyən inşa hekayəsi

IMG-20260306-WA0006

İslam mədəniyyətini çevrələyən yüzlərlə ölkənin, islamı inanc olaraq qəbul edib onu Tanrıya körpü bilən müsəlmanların ömründə bir dəfə də olsa ziyarətində bulunmağı arzu etdiyi Kəbənin tarixi min illər əvvələ gedib çıxır. İslam inancına görə bu müqəddəs bina Həzrəti İbrahim və oğlu Həzrəti İsmayıl tərəfindən Allahın əmri ilə inşa edilib. İllər sonra Kəbə təmir olunarkən Həzrəti Məhəmməd də bu işə öz töhfəsini verir. Həcərül-Əsvədin yerinə qoyulmasını Tanrı qarşısında görəv hesab edir.

İslamın gəlişi ilə birlikdə Kəbə milyonlarla insanın üz tutduğu müqəddəs məkana çevrilir. Bu gün də dünyanın dörd bir yanından gələn möminlər bu müqəddəs məkanı ziyarət edirlər.

“Məqam-ı İbrahim” – Kəbənin yanındakı sirr məqamı

Kəbənin qapısına təxminən 10 metr məsafədə, tavaf sahəsinin tam ortasında qızılı- işləməli şüşə bir fanus – üzərində ornamentlər olan uzun ayaqlı fənər yüksəlir. Elə orada İslam tarixinin ən önəmli şahidlərindən biri olan “Məqam-ı İbrahim” durur.

“Məqam-ı İbrahim” Həzrəti İbrahim Kəbəni inşa edərkən üzərində dayandığı daşdır. Əfsanələrə görə divarlar yüksəldikcə bu daş da onunla birlikdə yüksəlib, sanki bir lift kimi Həzrəti İbrahimi yuxarı qaldırıb.

Bu möcüzəli daş onun ayaq izlərini bir möhür kimi üzərində saxlayıb. Təxminən 40 santimetrlik sarımtıl daşın üzərində Həzrəti İbrahimə aid olduğu qəbul edilən və təxminən 10 sm dərinliyində iki ayaq izi bu gün də aydın şəkildə görünür.

Min illərdir Kəbənin yanında duran bu qiymətli məqam Allah yolunda çəkilən zəhmətin necə əbədi olduğuna sübut edir. Tavafını tamamlayan hər bir müsəlmanın bu daşın arxasında iki rükət namaz qılması, Həzrəti İbrahimin o müqəddəs istəyinə duyulan hörmətin ən gözəl ifadəsi, əlamətidir.

Kəbəni 7 dəfə dolanmanın səbəbi

Hera və Sena müqəddəsliyini, Həcər-ül Əsvət nurunu ruhuna çiləyən hər bir müsəlman Kəbəyə varmanın səadətini vəhdəti-vücut məqamı olaraq qəbul edir. Niyə Kəbəni 7 dəfə döndüyümüz barədə düşünür. Gerçək olan odur ki, bu hər bir müsəlmanın özünə verəcəyi ən böyük suallardandır. Dönmə, yaxud dönmə tələbi nə üçün niyə 6 deyil, 8 deyil, məhz 7-dir? Nə üçün Kəbəni soldan döndüyümüz halda sağdan dönmürük? Nə üçün Kəbədə, tavafdan sonra dərhal iki rükət namaz qılırıq?

Əldə olunan məlumatlardan bəlli olur ki, “İnsanın yeddi nəfs mərtəbəsi var: Nəfsi əmmarədən nəfsi müdmainə qədər. Nəfsi əmmarə nəfsin ən ağır dərəcəsidir. İnsan hər istədiyinə çatmaq arzusundadır. Amma nəfsi müdmainə hər şeydən əl çəkmiş insanın halıdır.”

O müqəddəs məqamı, məkanı ziyarət edənlər bilir ki, “Kəbəyə, tavafa girəndə sanki o, maqnit kimi insanı özünə çəkir. Hər bir döngüdə insan bir nəfs mərtəbəsini aşır, yuxarı qalxır. Əvvəl nəfsi əmmarəni əziyyətlə qalxan insan son anda ruhunun sayəsində Ulu Tanrı ilə bir bütün olur.

Nəfsi müdmainə məqamında isə insanın ağlına heç nə gəlmir: nə övlad, nə doğmalar, nə dostlar, nə şan-şöhrət, nə də ali rütbələr… İnsan hər bir tavafda birinci səma qatından yeddinci səma qatına yüksəlir. Ondan sonra əslində Ulu Tanrının Peyğəmbər əleyhissalama buyurduğu kəlam yada düşür: “Qulum, yeddinci səma qatına çatdın. İndi Meracını et.” Bu məqamdan sonra hər bir zəvvar İki rükət namaz qılır, Kəbədən gözlərini ayırmayaraq İlahi eşqin səadət dolu məqamını yaşayır. Allah rızası üçün təvaf namazını qılaraq ruhunu Meracda – qopub gəldiyinin məqamında suya çəkir.

Tanrı hər bir müsəlmana, daha doğrusu, əməli ilə ona varmağı haqq edən hər kəsə Kəbənin mataf sahəsində təvaf etməyi nəsib etsin!

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az Azərbaycan Respublikası Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, pilotsuz uçuş aparatlarının texniki parametrləri və bu hücumların təfərrüatları

Ən son

TARİX

İslamın gəlişi ilə birlikdə Kəbə milyonlarla insanın üz tutduğu müqəddəs məkana çevrilir.

TARİX

İslamın gəlişi ilə birlikdə Kəbə milyonlarla insanın üz tutduğu müqəddəs məkana çevrilir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin