Nəşr edilmişdir 02/10/2025

Paylaşın

GÜNDƏM

Kainatdakı ən böyük struktur aşkar olunub

IMG-20250210-WA0057

Beynəlxalq astronomlar qrupu kainatda məlum olan ən böyük quruluşu – Kipu superqalaktikalar sistemini aşkar ediblər. Bu quruluş, inklərin qədim yazı sisteminin şərəfinə adlandırılıb.
Baki-baku.az bu barədə “Astronomy and Astrophysics” (A&A) elmi jurnalında dərc olunan tədqiqat materialına istinadən xəbər verir.
Məlumata görə, Kipu 1.3 milyard işıq ili uzunluğunda və təxminən 200 kvadrilyon Günəş kütləsi olan qalaktikaların qruplaşmalarından ibarət nəhəng bir quruluşdur. Bu quruluş qravitasiya ilə bir-birinə bağlanıb.
O, müşahidə olunan kainatdakı qalaktika qruplaşmalarının 45%-ni, qalaktikaların 30%-ni və maddənin 25%-ni özündə birləşdirir. Superquruluş o qədər böyük kütləyə malikdir ki, ətraf məkana təsir edir, işığı əyir, kosmik mikrodalğalı fon şüalanmasını dəyişdirir. Lakin belə nəhəng obyektlər belə əbədi deyil.
“Gələcəkdə bu superquruluşlar daha kiçik vahidlərə parçalanacaq, lakin hazırda onlar unikal fiziki obyektlərdir və xüsusi diqqətə layiqdirlər,” – alimlər qeyd ediblər.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Fövqəladə Hallar Nazirliyi Novruz çərşənbələrində yanğın təhlükəsizliyi qaydalarına dair əhaliyə müraciət edib.

Ən son

GÜNDƏM

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq yollar nəzarətdə saxlanılıb, qardan təmizlənib və buzlaşmaya qarşı tədbirlər

GÜNDƏM

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq yollar nəzarətdə saxlanılıb, qardan təmizlənib və buzlaşmaya qarşı tədbirlər