Nəşr edilmişdir 01/28/2025

Paylaşın

GÜNDƏM

Kainatda suyun necə yarandığı müəyyən edilib

EC7890DE-DD49-41BE-B25F-0995F80E55AB

Astronomlar Böyük Partlayışdan milyonlarla il sonra yaranan ilk ulduzların Kainatın su ilə zənginləşməsində əsas rol oynadığını müəyyən ediblər. Bu nəticələr alimlərin erkən Kainatda suyun yayılması haqqında təsəvvürlərini bir xeyli dəyişib.
Baki-baku.az bu barədə “Universe Today” portalına istinadən xəbər verir.
Su molekulları hidrogen və oksigendən ibarətdir. Hidrogen Böyük Partlayışdan dərhal sonra başlanan proseslər nəticəsində yaranıb, oksigen isə sonradan nəhəng ulduzların daxilində əmələ gəlməyə başlayıb. Ulduzlar məhv olduqca bu elementlər kosmosa atılıb və suyun formalaşmasına səbəb olub.
Son vaxtlara qədər hesab edilirdi ki, su xeyli sonra, ikinci nəsil ulduzların yaranması ilə geniş yayılıb. Lakin yeni tədqiqat göstərib ki, ilk ulduzlar artıq Kainatda əhəmiyyətli “su izi” qoyub.
Belə ulduzlar yalnız hidrogen və heliumdan ibarət nəhəng obyektlər idi. Alimlər onların təkamülünü və partlayışlarını modelləşdirərək göstəriblər ki, belə ulduzların məhvi zamanı böyük miqdarda oksigen ayrılıb. Günəşin kütləsindən 200 dəfə böyük olan bu nəhəng ulduzlar ən parlaq ifrat yeni ulduzlar kimi həyatlarını başa vurub, ətraf mühiti oksigen və digər elementlərlə zənginləşdiriblər. Bu qalıqlardan yaranan molekulyar buludlar Süd Yolundakı oxşar buludlardan 10-30 dəfə çox su ehtiva edirdi.
Araşdırmaçıların hesablamalarına görə, Böyük Partlayışdan 100-200 milyon il sonra molekulyar buludlar həyatın yaranması üçün yetərincə su və digər elementlər daşıyıb. Lakin həyatın bu qədər erkən dövrdə həqiqətən yarana bilib-bilməməsi hələ də dəqiq məlum deyil. Həmçinin, alimlərin fikrincə, erkən Kainatda suyun ionlaşma prosesləri sonucunda məhv ola biləcəyini də nəzərə almaq lazımdır.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakı metrosunun inkişafı çərçivəsində gələcəkdə 51 yeni stansiyanın inşası və əlavə 84,3 km metro xəttinin çəkilməsi planlaşdırılır.

Ən son

GÜNDƏM

2025-2030-cu illərdə Bakı şəhərində piyadaların maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə küçə və prospektlər üzrə səkilərin

GÜNDƏM

Dövlət orqanları (qurumları), təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən iş qrafikinə əsasən təşkil olunacaq.

GÜNDƏM

Bakı şəhərində və ətraf ərazilərdə dəmiryol nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi çərçivəsində 2025−2030-cu illərdə 20 ədəd sərnişin qatarının alınması