Min illər boyu Odlar Yurdu Azərbaycan “Çayxana”ları, Osmanlı imperiyası isə “Qəhvəxana”ları ilə məşhur olub. Osmanlı dönəmində əhalinin daha çox girib çıxdığı, söhbət, məhəbbət etdiyi, dərdləşib fikir paylaşdığı qəhvəxanalarda hündürdən danışmaq, ədəbdən uzaq hərəkətlər etmək sultanların fərmanları ilə yasaq edilib. Əhalinin gur olduğu kiçik məkanlarda vəziyyətin gərginləşməsi, münasibətlərə xələl gətirməməsi üçün xüsusi qadağalar qoyulmuşdu. Onların arasında “Qəhvəxanalarda yüksək səslə danışmaq, dava-qalmaqal etmək, çığırıb-bağırmaq qadağan edilmişdi. Çünki bu durum digər müştəriləri narahat edər, məkanda düzən-mizanı pozar, məhəllə sakinlərinin şikayətlərinə yol açardı”. O dövrün mənbələrinə istinad edərək deyə bilərik ki, “Aşırı gurultu yapan kişilərə para cəzası kəsilər, daha ağır və təkrarlanan olaylarda isə Kadı məhkəməsi dövriyyəyə girər, hüzur pozmaq suçu ilə qısa sürəli həbs və qırmanc cəzası verilə bilərdi”.