Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/23/2026

Paylaşın

HƏR ŞEYDƏN

“Kabus hotel”: Pxenyandakı sirli hotelin müəmmalı hekayəsi

“Kabus otel”, Ryugyong Hotel

Pxenyanın mərkəzində yerləşən bu qeyri-adi göydələn uzun illərdir ki, dünyanın müxtəlif guşələrindən olan insanların diqqətini cəlb edir. Bu tikilini “ambisiyaların simvolu”ndan tutmuş “ölüm hoteli”nə qədər müxtəlif cür adlandırırlar.

Söhbət Pxenyanın mərkəzində yerləşən, hündürlüyü 330 metr olan beton piramidadan — Ryugyong Hotel-dən gedir.

Binanın tikintisinə 1987-ci ildə, Soyuq müharibə dövründə başlanılıb. Tkinti başlayan zaman nəzərdə tutulan plan olduqca iddialı idi: 300 metrdən hündür (Eyfel qülləsindən də hündür) göydələn, təxminən 3000 otaq və panoramik mənzərəli beş lüks restoran.

Hoteli “Rüqyon” adlandırdılar — bu, Pxenyanın qədim adlarından biridir və “söyüdlər paytaxtı” mənasını ifadə edir. Hoteli cəmi iki il ərzində istifadəyə vermək nəzərdə tutulurdu. Hadisələr planlaşdırıldığı kimi cərəyan etmədi.

1992-ci ildə tikinti dayandırıldı və nəhəng beton karkas 16 il ərzində boş qaldı, şəhərin üzərində sanki iri və nəhəng bir qorxulu varlıq kimi görünürdü. Məhz həmin dövrdə bina “ölüm hoteli” kimi qorxunc ləqəb qazandı. Bu günə qədər bina hələ də açılmayıb və dünyanın ən hündür istifadəsiz binası hesab olunur.

“Kabus otel”, Ryugyong Hotel

Hotelin tikintisinin səbəbi Şimali və Cənubi Koreya arasında rəqabət oldu. 1986-cı ildə Cənubi Koreya dünyanın ən hündür hotellərindən birini — “Westin Stamford Hotel”i inşa etdi, 1988-ci ildə isə Seulda Olimpiya Oyunları keçirildi. Buna cavab olaraq rəsmi Pxenyan 1989-cu ildə Ümumdünya Gənclər və Tələbələr Festivalını keçirmək və dünyanın ən hündür hotelini tikmək qərarına gəldi. Layihə isə həddindən artıq mürəkkəb idi və böyük xərc tələb edirdi. Mühəndislik baxımından ciddi problemlər mövcud idi. Üstəlik, ölkə iqtisadiyyatı bu yükün öhdəsindən gələ bilmirdi: paralel olaraq yollar, hava limanları və digər infrastruktur obyektləri də tikilirdi. Vəziyyət 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra daha da pisləşdi – Şimali Koreya maliyyə və texniki dəstəyini itirdi. Nəticədə tikinti işləri dayandırıldı.

Binanın özü olduqca qeyri-adidir: hündürlüyü 330 metr, ümumi sahəsi isə təxminən 360 min kvadratmetrdir. O, təxminən 75° bucaq altında maili yerləşən üç qanadvari korpusdan ibarətdir və bu qanadlar yuxarı hissədə — restoranlar və müşahidə meydançalarının yerləşdiyi konus formalı hissədə birləşir. Piramida formasının seçilməsi təsadüfi deyil. Bina əsasən poladdan deyil, betondan inşa edildiyi üçün konstruksiyanın aşağı hissəsi daha ağır, yuxarı hissəsi isə daha yüngül olmalıdır. Digər bir versiyaya görə, bu bina bu formada inşa olunaraq dağa bənzədilib və ölkə üçün dağlar mühüm simvolik əhəmiyyət daşıyır, xüsusilə də Paektu (Pektusan) dağı.

“Kabus otel”, Ryugyong Hotel

Hotelin layihəsi tez-tez tənqid atəşinə tutulurdu. Bəzi memarlar onu “dünyanın ən qorxunc binası” adlandırıb, “Esquire” jurnalı isə “tarixdəki ən iyrənc bina” kimi qiymətləndirib. Buna baxmayaraq, o, miqyası ilə heyran edir. 2008-ci ildə tikinti işləri qismən bərpa olundu: Misirin “Orascom” şirkəti şüşə panellər quraşdırdı və paslanmış kranı ərazidən götürdü. 2012-ci ildə hətta “Kempinski” şirkətinin iştirakı ilə hotelin açılacağı ilə bağlı söhbətlər gəzirdi, lakin sonradan şirkət layihədən imtina etdi. Belə bir fərziyyə də mövcuddur ki, binanın tikintisində səhvlərə yol verilib və gələcəkdə təhlükəli ola bilər. Bu iddialar 2014-cü ildə Pxenyanda yaşayış binasının çökməsindən sonra daha da gücləndi. Bir sıra memarlar isə hesab edir ki, konstruksiya zahirən dayanıqlı görünür, əsas problemlər binanın daxilində ola bilər – kommunikasiya xətlərinin çəkilməsi, ventilyasiya və köhnə mühəndis sistemlərinin modernləşdirilməsi çətinlik yaradır. Hotelin daxilinə demək olar ki, heç kim buraxılmayıb. Binanı daxildən görən azsaylı şəxslərdən biri olan Simon Kokerell qeyd edirdi ki, orada əsasən beton divarlar görüb və içəridə cəmi bir işlək lift olub.

“Kabus otel”, Ryugyong Hotel

Hotelin açılacağı ilə bağlı hələ də dəqiq məlumat yoxdur. Bununla belə, müəyyən dəyişikliklər də baş verib: əvvəllər bina hətta şəhərin rəsmi fotolarında gizlədilirdi, 2018-ci ildə isə onun fasadına LED panellər quraşdırıldı. Hazırda bina nəhəng ekranı xatırladır — onun üzərində işıq şouları nümayiş olunur və təbliğat məqsədilə istifadə edilir. Ona yaxınlaşmaq mümkündür, lakin içəri daxil olmağa icazə verilmir. Hazırda “Ryugyong Hotel” Koreya yarımadasında ən hündür bina deyil: 2017-ci ildə Seulda tikilən “Lotte World Tower” hündürlüyünə görə onu geridə qoyur. Buna baxmayaraq, Şimali Koreyada bu yarımçıq nəhəng tikili öz lider mövqeyini qoruyur və dünyanın ən sirli tikililərindən biri kimi tanınır.

Hacı Cavadov

Bənzər Xəbərlər

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az-ın məlumatına görə, aprelin 22-də Prezident İlham Əliyevin adından Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin şərəfinə rəsmi lanç verilib

Ən son

GÜNDƏM

Bakı son illərdə yalnız memarlığı və ritmi ilə deyil, həm də gənclərin sosial davranışları ilə

GÜNDƏM

Bakı son illərdə yalnız memarlığı və ritmi ilə deyil, həm də gənclərin sosial davranışları ilə
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin