Nəşr edilmişdir 01/29/2025

Paylaşın

GÜNDƏM

Kabel xəttinin kəsilərək oğurlanması Bakı-Ağstafa qatarının hərəkətinə mane olub

Bakı-Ağstafa qatarı

Yanvarın 28-də dəmir yollarında oğurluq hadisəsi işarəvermə qurğularının işinin pozulması və Bakı-Ağstafa qatarının qrafikdən çıxması ilə nəticələnib.
Baki-baku.az bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir.
Belə ki, saat 19 radələrində Yevlax-Ləki və Ləki-Yevlax sahələrində keçid işıqforları qırmızı göstərib. Nasazlığın aradan qaldırılması üçün əraziyə baxış keçirilən zaman məlum olub ki, işıqforların daimi qadağanedici işarə göstərməsinə səbəb həmin işıqforları qidalandıran 10 metr kabel xəttinin kəsilərək oğurlanmasıdır.
Nəticədə Bakı-Ağstafa qatarı Yevlax stansiyasına 1 saat 15 dəqiqə, Ağstafa stansiyasına isə 1 saat 11 dəqiqə gecikmə ilə çatıb.
Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır.
Təhlükəli zona olan dəmir yollarına kənar müdaxilələr infrastruktura ciddi zərər vurur, qatarların qrafikdən çıxmasına səbəb olur və hərəkətin təhlükəsizliyinə təhdid törədir.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Mertsə təbrik məktubu göndərib.

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonunun Daşaltı

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonunun Daşaltı